Forensic

Xidmətlər

Məhkəmə prosesləri ilə bağlı xidmətlər 

Saxtakarlıqla bağlı məsələlərə müasir yanaşma

Ciddi saxtakarlıq faktı maraqlı tərəflərin etibarına, rentabelliyə, hətta şirkətinizin uzun müddət sağlam fəaliyyətinə mühüm təsir göstərə bilər. İstər tərəfdaşlar, istərsə də, rəhbərlik və ya işçilər tərəfindən yerinə yetirilən bütün saxtakarlıq Sizin şirkətinizə birbaşa təsir göstərir. Məhkəmə prosesləri ilə bağlı xidmətlər üzrə müvafiq ixtisaslı mütəxəssislər Sizə belə risklərin qarşısını almağa və onları aradan qaldırmağa yardımçı olan əsas alətdir

Deloitte Azərbaycanda və MDB məkanda Məhkəmə prosesləri ilə bağlı qabaqcıl praktikaya malikdir. Region üzrə bu sahədə çalışan 60-dan çox peşəkar kadr potensialı ilə miqyas və ya işə yanaşma baxımından bərabəri yoxdur.

 

 

 Deloitte-un məhkəmə prosesləri ilə bağlı xidmətləri haqqında broşürü yükləyin. 

 

Saxtakarlıq, qeyri-qanuni praktikalar və qeyri-etik davranış Sizin maliyyə durumunuza və nüfuzunuza təsir edə bilər. Bu riski müəyyən etmək üçün biz ölkə və ya sektordan asılı olmayaraq Sizin riskə məruzqalmaya uyğun planlaşdırılmış məhkəmə və qanunvericiliyə əməletmə yoxlamaları və araşdırmaları həyata keçirəcəyik.

Deloitte-a üzv şirkət olaraq, bizim dünyanın istənilən yerində sizə dəstək ola biləcək təcrübəli tədqiqatçılardan ibarət qlobal şəbəkəmiz vardır.

Biz məhkəmə prosesi və mübahisələrlə bağlı bütün növ xidmətləri təklif edirik:

• Təhlil və araşdırmalar
• Mübahisələrin həlli ilə bağlı xidmətlər
• Kapital layihələri
• e-Araşdırma
• Analitika

Sizə necə yardımçı ola bilərik

Biz saxtakarlıq riskinin tənzimlənməsinə və azaldılmasına, qanunvericiliyə əməletmə proqramlarının gücləndirilməsinə, mümkün saxtakarlıq hallarının və pis davranışın araşdırılmasına yardımçı ola bilərik. Məhkəmə prosesləri ilə bağlı xidmətlər üzrə çalışan mütəxəssislərimiz bu sahədə geniş təhlil və araşdırmalar üzrə təcrübəyə malikdirlər.

• Saxtakarlıq və mühasibat uçotu araşdırmaları
• Rüşvətxorluq və korrupsiya ilə mübarizə xidmətləri
• Biznes analitika xidmətləri
• Çirkli pulların yuyulmasına qarşı mübarizə xidmətləri
• Saxtakarlıqla bağlı riskin idarə edilməsi/qanunvericiliyə əməletmə

Təhlil və araşdırmalar 

Mübahisələr müxtəlif ola bilər və onun nəticəsində yaranan mühüm zərərlərin dəqiq hesablanması tələb olunur. Siz, potensial zərərlərin dəqiq və ətraflı hesablanması mühüm əhəmiyyətli olan məhkəmə prosesləri və mübahisələrin həlli zamanı bizə etibar edə bilərsiniz.
Bundan əlavə biz aşağıdakıları təklif edirik:

• Beynəlxalq arbitraj və ekspert şahidlik xidmətləri
• Müəssisənin sığorta iddiası xidmətləri

Mübahisələrin həlli xidmətləri 

Sizin tikinti layihələrinə qoyduğunuz CAPEX-in  50%-i saxtakarlıq və maraqların toqquşması ilə bağlı itirilə bilər. Tikinti sahəsində praktiki təcrübəmizlə birgə məhkəmə prosesləri üzrə yanaşmamız müştərilərimizə bu riskləri 2 əsas xidmət vasitəsilə azaltmağa yardımçı olur:

  • Kapital layihələri üzrə məhkəmə proseslərinin təhlili
  • Kapital Layihələrinin İdarə edilməsi

Kapital layihələri 

Bütün biznes mübahisələri, kommersiya araşdırmaları və məhkəmə prosesləri məlumatın nə zaman çatdırılmasından, yaranmasından, düzəliş edilməsindən və ya silinməsindən və bu əməliyyatların kim tərəfindən və kimə və hansı şəraitdə aparılmasından asılı olacaq.

Deloitte-un məhkəmə prosesləri ilə bağlı xidmətləri bugünkü mürəkkəb araşdırma və məhkəmə mübahisələri mühitindəki texnoloji problemləri həll etməyə Sizə yardımçı olacaq.

e-Araşdırma

Etibarlı məlumat Sizin müəssisəniz üçün mühüm əhəmiyyət kəsb edir. Yaxşı idarə olunarsa belə məlumat gəlir gətirə, xərcləri azalda  və riskləri zəiflədə bilər. Əgər pis idarə olunarsa, siz müştərilərinizi, xərclər üzərində nəzarəti itirə və müəssisənizi saysız miqdarda riskə məruz qoya bilərsiniz.

Analitikanı  təmin etməklə,  biz Sizə sürətli, xərc baxımından daha effektiv və etibarlı nəticələr verə bilərik. Sizin əsas daxili və xarici məlumatlarınızı ümumiləşdirməklə və ona biznes ideyalarımızı aydın və anlaşıla bilən formada əlavə etməklə Sizə geri qaytara bilərik. Sizinlə işləyərək  hansı sualların ən çətin tapşırıqlarla bağlı cavabları tapmağa kömək edəcəyini müəyyən edəcəyik və Sizin bu hədəflərə çatmanız üçün məlumatı təhlil edəcəyik.  Bundan başqa, biz 1C, SAP və GPS tətbiqi proqramları üçün texnologiya yönümlü  qabaqcıl analitika xidmətlərini təmin edirik.

Analitika 

Biz şübhəli əməliyyatları aşkar etmək üçün tam avtomatlaşdırılmış 1 C məlumat təhlili yanaşmasını təklif edən məlumatın intellektual təhlili alətini hazırlamışıq. Bu alət məlumatın saxlanma formatından (fayl və ya serverin məlumat bazası) asılı olmayaraq 1C-in istənilən versiyaları ilə işləyir.

Bizim alətimiz analitikləri, məlumatın yüklənməsi, test məntiqinin inkişaf etdirilməsi, test və hesabatın hazırlanması kimi  eyni tipli işlərdən azad edir və müəyyən olunmuş saxtakarlıq risklərinin və təhlükələrinin ətraflı və geniş təhlilinə diqqət ayırmaq imkanı verir. Əgər 1 C məlumat bazası bir necə hüquqi şəxsi əhatə edirsə, biz analitikanı fərdi şirkətlər və bütün qrup üçün istifadə edə bilərik.

Saxtakarlığın sürətli diaqnostikası