Biz inanırıq ki, uğurlu qlobal iqtisadiyyatın təməlində etimad dayanır. Əminlik xidmətimiz bu etimadın formalaşdırılmasında mühüm rol oynayır.
Deloitte-in Əminlik praktikası həm maliyyə, həm də qeyri-maliyyə məlumatlarına dair Əminlik və əlaqəli məsləhət xidmətləri göstərmək üçün peşəkar mühasibat uçotu, nəzarət və korporativ hesabatlılıq təcrübəsindən istifadə edir.
Əminlik və əlaqəli məsləhət xidmətlərimiz Mühasibat uçotu və Hesabatlılıq, Nəzarətlər və Dayanıqlılıq və yeni Əminlik (Sİ üzrə Əminlik xidmətləri daxil olmaqla) tapşırıqlarına yönəldilmişdir.
Biz yüksək keyfiyyətli Əminlik hesabatları və korporativ hesabatlılıq prosesi üzrə dəyərli məsləhət və fikirlər təqdim etmək məqsədilə qabaqcıl texnologiyamızla qlobal şəbəkəmizdəki insanların müxtəlif bacarıqlarını və sənaye təcrübəsini bir araya gətiririk.