Fərqli imkanlar, aktivlər və ekosistemlər vasitəsilə qlobal mütəxəssislər şəbəkəmiz istehsal, aerokosmik və müdafiə, mühəndislik və tikinti şirkətlərinə mürəkkəb biznes problemlərini həll etmək, əməliyyatlarını rəqəmsal şəkildə optimallaşdırmaq və bizneslərini qlobal xalis sıfır hədəfi ilə inkişaf etdirəcək şəkildə yenidən qurmaqda kömək edir.
Xammalı yarımfabrikat və hazır məhsullara çevirməklə və əsas xidmətləir təqdim etməklə Sənaye Məhsulları və Tikinti (IP&C) sənayesi qlobal dəyər zəncirinin mühüm hissəsinə çevrilir və davamlı gələcəyi təmin etməkdə mühüm rol oynayır.
Ağıllı əməliyyatlarda irəliləyişlər çox vaxt bir-biri ilə işləyən həllər ekosistemindən qaynaqlanır. Bizim Sənaye Məhsulları və Tikinti mütəxəssislərimiz, mürəkkəb problemlərin həllinə kömək etmək üçün ideyaları birləşdirmək və sənayelər arasında ekosistemlər qurmaq üçün dərin sənaye bilik və bacarıqlarndan istifadə edirlər.
Sənaye istehsalı, aerokosmik və müdafiə, mühəndislik və tikinti və ticarət şirkətlərindəki peşəkarlarla biz, strateji ittifaqlarımızdan və texnoloji imkanlarımızdan istifadə edərək dərin təhlillər təqdim edə, innovasiya tempini sürətləndirmək və performans göstəricilərini yüksəltmək üçün həm kollektiv, həm də fərdi şəkildə işləyə bilərik.