Biz inanırıq ki, uğurlu qlobal iqtisadiyyatın təməlində etimad dayanır. Audit xidmətimiz bu etimadın formalaşdırılmasında mühüm rol oynayır.
Deloitte-un audit fəaliyyətinə müstəqil Kənar Auditin aparılması daxildir, burada məqsəd müəyyən olunmuş maliyyə hesabatlılığı çərçivəsinə uyğun olaraq maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər üzrə doğru vəədalətli təqdim olunub-olunmaması təsdiq olunur və ya bu barədə müvafiq rəy bildirilir.
Bizim Kənar Auditimiz nəticəsində müştərilərimizə risklərin aradan qaldırılması, biznesin idarə edilməsi, maliyyə prosesləri və nəzarət mexanizmlərinin təkmilləşdirilməsini daha yaxşı başa düşməyə kömək edən məlumatlar təqdim olunur.
Biz maliyyə hesabatlarının yüksək keyfiyyətli auditini və maliyyə hesabatı prosesi üzrə daxili nəzarəti təmin etmək üçün işçilərimizin müxtəlif bacarıqlarını və sənaye təcrübəsini qabaqcıl texnologiyamızla bir araya gətiririk