Dr. Rəna Məmmədova FMCG (Gündəlik Tələbat Malları)sektorunda 30 ilə yaxın təcrübəyə malik, tanınmış qadınbiznes lideridir. O, Coca-Cola-nın milli və regional idarəedilməsində müxtəlif rəhbər rollarda çalışmışdır.
Rəna Məmmədova Bakı Dövlət Universitetinin Biologiyafakültəsini bitirmişdir. O, 1987-ci ildən professionalkaryerasına başlamış və bu müddət ərzində Mərkəzi Elmi-Tədqiqat İnstitutunda, daha sonra isə Azərbaycan Sənaye, İnvestisiya və Kommersiya Bankında çalışmışdır.
1996-cı ildən etibarən Rəna Məmmədova “Coca-Colaİçecek” şirkətində fəaliyyət göstərməyə başlamış və şirkətdaxilində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2004-cüildə Coca-Cola-nın Azərbaycan Təchizat Sistemlərininrəhbəri vəzifəsinə təyin edilmiş, 2018-ci ildən etibarən isə Türkmənistan Təchizat Sistemlərinə də rəhbərlik etmişdir.
2020-ci ildə o, “Coca-Cola İçecek” Azərbaycanın Baş Direktoru vəzifəsinə təyin olunaraq, şirkətintarixində bu vəzifəni tutan ilk azərbaycanlı və qadın rəhbər olmuşdur. Onun rəhbərliyi dövründəCoca-Cola İçecek Azərbaycan yüksək inkişafa nail olmuş və şirkət Azərbaycanda ikinci istehsalatzavodunun tikintisinə investisiya ayırmaq qərarı almışdır.
Rəna Məmmədova Amerika Ticarət Palatası (AMCHAM) Direktorlar Şurasının və Azərbaycan İdarəHeyətinin üzvü və Türkiyə İş Adamları Birliyinin (ATİB) Sədər Müavinidir. O, biznes idarəçiliyi,davamlı inkişaf və inkluziv iş mühitinin təşviqi sahəsində fəal iştirak edir. Xüsusilə qadınların vəgənclərin gücləndirilməsi, innovasiya və davamlılıq məsələlərinə böyük əhəmiyyət verir.Rəna Məmmədova bir sıra beynəlxalq universitetlərdə və təlim proqramlarında liderlikbacarıqlarını təkmilləşdirmişdir. O, Sabancı Universiteti (Türkiyə), Corciya Texnologiya İnstitutu(ABŞ), Miçiqan Dövlət Universiteti (ABŞ) və Harvard Universiteti (ABŞ) tərəfindən təşkil olunantəlim proqramlarında iştirak etmişdir. Rəna Məmmədova biologiya elmləri üzrə fəlsəfədoktorudur, bir çox nəşrlərdə məqalələri çap edilmişdir.