Biz Azərbaycanda Biznes Perspektivləri adlı makroiqtisadi jurnalı təqdim etməkdən məmnunluq duyuruq.
Bu nəşrlərdə biz Azərbaycan iqtisadiyyatının üstünlük təşkil edən trendlərini və çağırışlarını müəyyən etməyə imkan verən əsas makroiqtisadi göstəriciləri təhlil edirik.
Bundan əlavə, biz hər nəşrdə Azərbaycanda formalaşmaqda olan spesifik tendensiyaları öyrənmək məqsədilə bir çox sənaye sahələri üzrə liderləri sorğuya cəlb edirik. Həmin mövzu ətrafında inkişaf edən mənzərəni tədqiq etməklə biz Azərbaycanda mövcud vəziyyəti və perspektivləri işıqlandırırıq.
İnanırıq ki, bu nəşrlərdə təqdim olunan fikirlər və təhlillər ölkənin iqtisadi mənzərəsinin dərk edilməsinə əhəmiyyətli töhfə və bizneslər üçün dəyərli təlimat verəcək.
Bu hesabat Azərbaycanda əsas makroiqtisadi göstəriciləri və biznes tendensiyalarını təhlil etməyə yönəlmişdir, ölkənin iqtisadi fəaliyyətinin ətraflı icmalını təqdim edir. 2024-cü ilin aprel və iyun ayları arasında Azərbaycanda aparıcı şirkətlər arasında keçirilən "Biznes Etibarı" sorğusunun nəticələri, biznes mühitini təsir edən əsas iqtisadi amilləri vurğulayır. Həmçinin, sorğu nəticələri, zamanla baş verən mühüm dəyişiklikləri və tendensiyaları göstərərək, ölkə iqtisadiyyatı üzrə müqayisəli təhlil imkanı verir.
Bu hesabat Azərbaycanda "İnsan Kapitalı Tendensiyaları" sorğusu vasitəsilə yeni işçi resursları tendensiyalarını araşdırır, hazırkı əmək bazarını və gələcək perspektivləri ələ alır. Hesabat, şirkətlərin ölkənin inkişaf edən iqtisadi mühitini daha yaxşı anlamaqlarına kömək edəcək dəyərli məlumatlar təqdim edir.
Bu hesabat, ölkənin kənd təsərrüfatı sektorunun əsas göstəricilərini ətraflı şəkildə təhlil edir.
Azərbaycanda C-səviyyəsi rəhbərləri arasında keçirilən biznes etibarı sorğusu, pandemiya sonrası biznesin bərpasında irəliləyişləri və bu gün CEO-lar və biznes liderlərinin üzləşdiyi çətinlikləri müəyyən edir.
Hazirki nəşr COVID-19-dan sonra baş vermiş iqtisadi tendensiyaları və dəyişiklikləri təhlil edir. 2021-ci ilin fevral-mart aylarında "Deloitte MDB" tərəfindən keçirilən sorğu nəticəsində ölkə iqtisadiyyatı üçün əsas problemlər və inkişaf prioritetləri müəyyənləşdirilmişdir. Həmçinin, hesabatda kiber təhlükəsizlik mühiti üzrə aparılan təhlillər və müxtəlif sektorlardakı şirkətlərin qiymətləndirilməsi təqdim olunub.
Hazırki nəşr 2019-cu ilin mart-aprel aylarında Azərbaycanın aparıcı şirkətlərinin rəhbərləri ilə aparılan sorğu nəticəsində toplanan unikal məlumatları təqdim edir. Bu dəfə ümumi iqtisadi mühitin təhlili ilə yanaşı, Deloitte maliyyə xidmətləri və qeyri-neft sektorunun inkişafı sahəsində tendensiyaları daha ətraflı şəkildə nəzərdən keçirmiş və xarici investisiyaların cəlb edilməsini təhlil etmişdir.
Hazırki nəşr Deloitte şirkətinin 2018-ci ilin sentyabr ayında Azərbaycanın aparıcı şirkətlərinin maliyyə direktorları və baş rəhbərləri arasında keçirdiyi sorğudan əldə etdiyi faydalı məlumatlar əsasında hazırlanmışdır. Sorğu iştirakçılarının bizimlə bölüşdüyü fikirlər Azərbaycan iqtisadiyyatında müşahidə olunan əsas tendensiyaları, əhəmiyyətli faktorları və inkişaf prioritetlərini müəyyən etməkdə bizə yardımçı olmuşdur.
Hazırki nəşrdə Deloitte-un 2018-ci ilin fevral və mart aylarında Azərbaycanın, Gürcüstanın və Rusiyanın aparıcı şirkətlərinin maliyyə direktorları və baş rəhbərləri arasında keçirdiyi sorğulardan əldə etdiyi faydalı məlumatlar əks olunmuşdur.
Sorğu iştirakçılarının fikirləri Azərbaycan iqtisadiyyatında müşahidə olunan əsas narahatçılıqları, əhəmiyyətli faktorları və inkişaf prioritetlərini müəyyən etməkdə bizə yardımçı olmuşdur.
Azərbaycanda Biznes Perspektivləri 2018- ikinci nəşr
Deloitte Azərbaycan “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən yeni nəşrini təqdim edir.
Hazırki nəşrdə Deloitte, son 15 ildə Azərbaycan iqtisadiyyatında müşahidə edilən əsas tendensiyalara toxunmuş və eyni zamanda 2017-ci ilin avqust-sentyabr ayları ərzində öncül Azərbaycan şirkətlərinin rəhbərləri arasında apardığı sorğunun nəticələrini təqdim etmişdir.
Azərbaycanda Biznes Perspektivləri 2017- birinci nəşr