Əsas məzmuna keçin

Əmək qanunvericiliyinin tətbiqi: əsas məqamlar və praktiki həllər

11, 13 iyun 2025

İş yerində əmək münasibətlərinin effektiv və qanunvericiliyə uyğun idarə edilməsi, vaxt və resurslardan səmərəli istifadəni təmin etməklə yanaşı, şəffaf və obyektiv iş mühiti yaradaraq işgüzar əlaqələri möhkəmləndirir və təşkilatın ümumi fəaliyyətinə müsbət təsir göstərir.


Deloitte Akademiyası tərəfindən hazırlanmış hazırkı təlim əmək qanunvericiliyinin ən mühüm normalarının tətbiq olunması ilə bağlı bilik və bacarıqlarınızı inkişaf etdirəcəkdir:
• İşə qəbul prosesi: müqavilə şərtləri, tərəflərin hüquqları və öhdəlikləri, fərdi məlumatların idarə olunması və s.;
• Məzuniyyət məsələləri: növlər, müddətlər, təminatlar və s.;
• İş vaxtının tənzimlənməsi qaydaları;
• Əmək haqqı: ödənilmə formaları, qaydaları və tutulmalar;
• İntizam məsuliyyəti və onun tətbiqi qaydaları;
• Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri;
• Qadınların və yaşı 18-dən az olan işçilərin əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri;
• Əmək münasibətlərinin dayandırılması: əsaslar, təminatlar, sənədləşmə və s.;
• Fərdi əmək mübahisələri və onların həlli qaydaları;
• Praktiki tapşırıq

Təlimin müddəti: 16 saat
Təlimin dili: Azərbaycan dili
Təlimin qiyməti: 1000 AZN (ƏDV xaric)
Təlimçi: Şəbnəm Sadiq


Açıq təlimə qeydiyyatdan keçmək və ya komandanız üçün bu təlimi qrup şəklində təşkil etmək üçün Deloitte Azərbaycan Akademiyası ilə əlaqə saxlayın. Zəhmət olmasa, Qəmər Qədimli və ya Nərmin Əliyeva ilə +994124041210 nömrəsi ilə əlaqə saxlayın və ya academy@deloitte.az elektron poçt ünvanına məktub göndərin.
 

Xidmətlərimiz Deloitte Academy