Best Managed Companies Azerbaijan
Best Managed Companies Azerbaijan proqramının məqsədi daha yaxşı gələcəyi təmin etmək məqsədilə özəl şirkətlərdən ibarət cəmiyyətin qurulmasına töhfə verməkdir. Bu nüfuzlu proqram Azərbaycandakı özəl şirkətlərin mükəmməl fəaliyyətinin tanıdır, müəssisələri mükafatlandırır, sahibkarlıq ruhunu yüksəltməklə, özəl müəssisələrdən ibarət biznes icmasının qurulmasını və bu sahədə innovasiyaları özündə birləşdirir.
Şirkətlər ciddi seçim prosesindən keçərək müstəqil münsiflər heyəti tərəfindən 4 istiqamətdə: strategiya, bacarıqlar və innovasiya, mədəniyyət və öhdəlik , idarəetmə və maliyyə məsələləri kimi əsas biznes kriteriyaları üzrə qiymətləndirilir.
Bu nüfuzlu Best Managed Companies Azerbaijan titulu, onu daşıyan şirkət üçün xüsusi dəyər qazandırır və yerli bazarda prestij nümayiş etdirir. Müsabiqədə iştirak edən və qalib gələn hər bir şirkət bu Qaydalarda nəzərdə tutulan davranışlara əməl etmək və onlara sadiq qalmaq öhdəliyini öz üzərinə götürür.
Aşağıdakı 4 öhdəlik proqram qaliblərindən tələb olunan əsas gözləntiləri əks etdirir:
1. Dürüstlük
Namizəd və ya qalib şirkət olaraq biz müştərilərimizə, işçilərimizə, tədarükçülərimizə və digər əməkdaşlıq etdiyimiz tərəfdaşlara qarşı qanun çərçivəsində, şərəflə, etik və dürüst şəkildə davranacağıq.
Namizəd və ya qalib şirkətlər bu Best Managed proqramı çərçivəsində təqdim edilmiş biznes məlumatının doğru və dürüstlüyünə təminat verir:
Proqram sponsorları, partnyorları və təşkilatçı komandası ilə münasibətləri eynilə şirkətiniz daxilində tətbiq etdiyiniz qaydada doğru və dürüst şəkildə təmin etmək.
2. Bərabərlik və inklüzivliyin təmin edilməsi
Best Managed Company adını daşıyan hər bir şirkət Azərbaycanda daha inklüziv mühitin yaradılmasında iştirak edir. Best Managed Companies icmasının üzvü olaraq biz hamı üçün bərabər imkanlar yaradaraq, insanların bir birinə hörmət və ədalətlə yanaşdığı iş mühiti və mədəniyyətinin qurulmasını dəstəkləyirik.
3. Müəssisələrin fəaliyyətinin Best Managed proqramının müəyyən etdiyi 4 meyara uyğun olaraq təşkil edilməsi barədə öhdəlik
Best Managed şirkəti olaraq, biz şirkətin fəaliyyətinin 4 əsas meyara (Strategiya və İnnovasiya, Mədəniyyət və öhdəlik, İdarəetmə və Maliyyə məsələləri), proqramın brend və standartlarına uyğun olaraq təşkil edilməsinə cavabdehik.
Brend standartlarının yerinə yetirilməsi
Best Managed Companies Azerbaijan proqramının müəyyən etdiyi 4 meyara uyğun fəaliyyətin təşkil edilməsi öhdəliyi
4. Best Managed icmasına daxil olan nümunəvi müəssisə olmaq
Biz Best Managed Companies icmasının üzvü olduğumuz müddət ərzində proqram və tədbirlərdə iştirak edərkən bütün üzvlərə hörmət və ehtiramla yanaşacağıq. Həmçinin, biz bu nüfuzlu icmanın nümayəndəsi olmaqla Azərbaycan iqtisadiyyatının inkişafı üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyi öhdəmizə götürürük.