Əsas məzmuna keçin

Sosial məsuliyyətə sadiqliyimiz

Deloitte-də məqsədimiz müştərilərimiz, əməkdaşlarımız və bütövlükdə cəmiyyətimiz üçün fərq yaradan təsir göstərməkdir. Məqsədimiz və ortaq dəyərlərimizi rəhbər tutaraq, WorldImpact proqramlarımız dünyada 450.000-dən çox əməkdaşımızın birgə səylərini və bacarıqlarını cəmiyyət və icmalarda müsbət dəyişikliklər yaratmağa yönəldir.

WorldImpact

Cəmiyyətin getdikcə mürəkkəbləşən problemlərlə üzləşdiyi bir dövrdə, hesab edirik ki, dünyanı yaxşıya doğru dəyişdirəcək həll yollarını tapmaq bizim başlıca vəzifələrimizdəndir.

WorldImpact — təhsil və bacarıqların inkişafı, iqlim dəyişikliyi və dayanıqlılıq, eləcə də müxtəliflik, bərabərlik və inklüzivlik sahələrində cəmiyyətin üzləşdiyi ən böyük problemlərinə əhəmiyyətli təsir göstərməyi hədəfləyən təşəbbüslər portfelimiz sayəsində daha dayanıqlı və ədalətli bir dünya yaratmağa kömək edirik.

WorldImpact haqqında ətraflı öyrənin

WorldClass

Dünyada milyonlarla insanın öz potensialını tam şəkildə reallaşdırmaqda çətinlik çəkdiyi ehtimal edilir. Təhsil və bacarıqlara sərmayə qoymaq daha geniş imkanlara yolaçır, tərəqqinin əsasını təşkil edir və daha yaxşı gələcək üçün zəmin yaradır.

Deloitte WorldClass-ın iddialı məqsədi 2030-cu ilə qədər dünyanın aparıcı təhsil təşkilatları ilə proqram və əməkdaşlıqlar vasitəsilə 100 milyon insanı əhatə etməkdir. Bu məqsədə nail olmaq üçün əməkdaşlarımızın vaxtının buna yönləndirilməsi, könüllülərin cəlb olunması və dünya üzrə milyonlarla tələbə, müəllim və təhsil sahəsində liderləri dəstəkləmək üçün ianələrin verilməsi nəzərdə tutulub. 

WorldClass haqqında ətraflı öyrənin

 

WorldClimate

İqlim böhranının təsirlərini azaltmaq mürəkkəb məsələdir, lakin biz inanırıq ki, birgə səylərimiz nəticəsində müsbət dəyişikliklərə nail olmaq mümkündür. Deloitte həm şirkət daxilində, həm də onun hüdudlarından kənarda iqlimə dair vacib seçimləritəşviq etmək məqsədilə WorldClimate strategiyasını təqdim edib.

Deloitte iqlim dəyişikliyi ilə bağlı önəmli (və ya: gözəçarpan, ölçülə bilən) və qəti tədbirlər görməyə, o cümlədən əməkdaşların imkanlarını daha da genişləndirməyə və aşağı karbonlu iqtisadiyyata keçidi asanlaşdıracaq həllər yaratmaq üçün daha geniş ekosistemi cəlb etməyə qərarlıdır. Daha dayanıqlı bir dünya yaratmaq imkanı bizim əlimizdədir və hər birimiz özümüzə sual verməliyik: “Bu gün iqlimlə bağlı hansı addım atmalıyam?”

WorldClimate haqqında ətraflı öyrənin

Müxtəliflik, bərabərlik və inklüzivliyin təşviqi

 

Biz istəyirik ki, əməkdaşlarımız həm iş yerində, həm də işdən kənarda özlərini rahat və əmin hiss etsinlər. Hiss etsinlər ki, onlar aid olduqları yerdədilər. Bunun üçün də biz müxtəliflik, bərabərlik və inklüzivliyə yönəlmiş ALL IN
strategiyamıza əsaslanırıq. Bu strategiya əməkdaşlarımızın özlərini olduğu kimi ifadə etmələrinə şərait yaratmaqla yanaşı, inklüziv liderlik vasitəsilə onlara örnəkolur və yeni biliklər qazandırır.

İnklüzivliyin üç əsas sütunu – gender balansının təmin edilməsi, LGBT+ inklüzivliyinin təşviqi və psixi sağlamlığın dəstəklənməsidir. 

Deloitte-un inklüzivlik təşəbbüsləri haqqında ətraflı öyrənin