Əsas məzmuna keçin

Rəna Xəlilova

Vergi üzrə direktor

Rəna Deloitte Azərbaycanın Vergi və Hüquq departamentində direktordur. Rəna əsasən mühasibatlıq, vergi qanunvericiliyinə əməl edilməsi, uçotun aparılması sahələrində on beş ilə yaxın peşəkar təcrübəsi olan mütəxəssisdir. 2007-ci ildə Deloitte-ə qatılmazdan öncə fərqli sahələrdə mühasib vəzifəsində çalışmışdır. Rəna Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“IFRS”), korporativ vergilər, ƏDV, əmək haqqı vergiləri, və Hasilatın Pay Bölgüsünə aid olan və olmayan vergilər məsələlərində geniş təcrübəyə malikdir. O, vergi qanunvericiliyinə əməl edilməsi, vergi məsləhəti və vergi yoxlaması zamanı dəstək, uçotun aparılması, maliyyə hesabatları və başqa layihələr üzrə zəngin təcrübəyə malikdir. Rəna istehsal, neft və qaz, maliyyə və bankçılıq, məsləhət, gündəlik tələbat malları, telekommunikasiya və s. kimi fərqli sahələrdən olan şirkətlərə xidmət göstərir.