Əsas məzmuna keçin

İbrahim Sərdarov

Strategiya və əməliyyatlar üzrə direktor

İbrahim Sərdarovun 24 ildən çox peşəkar təcrübəsi vardır. Onun regionda həm Böyük Dördlüyə daxil olan şirkətdə, həm də neft-qaz sahəsində geniş karyerası vardır. İbrahim Deloitte Azərbaycanda fəaliyyətə başlamazdan əvvəl Deloitte Ukraynada Korporativ Maliyyə Departamentində işləyərkən əməliyyatların dəstəklənməsi xidmətləri və birləşmə və satınalma layihələrində müştərilərə alış və satış tərəfləri ilə bağlı kompleks maliyyə yoxlamaları üzrə məsləhət, proqnozların və biznes planların təhlili xidmətlərini həyata keçirmişdir.  Onun Neft-qaz, Telekommunikasiya, Maliyyə Xidmətləri, İstehsal kimi müxtəlif sənaye sahələrində layihələri olmuşdur.  O, Sertifikatlı Mühasiblər İnstitutunun Diplomlu Mühasibi (FCCA) statusuna malikdir.