Əsas məzmuna keçin

Deloitte şirkətinin təşkilatı strukturu

Deloitte İngiltərə və Uelsdə qeydiyyatdan keçmiş və zəmanətlə məhdudlaşdırılmış özəl şirkət olan Deloitte Touche Tohmatsu Limited-in (həmçinin “Deloitte Qlobal” adlanır) üzv şirkətlərindən ibarətdir. Bu üzv şirkətlər və onların əlaqəli müəssisələrinin hər biri (hər biri “Deloitte şirkəti”), Deloitte Qlobal və onun əlaqəli müəssisələri ilə birlikdə Deloitte təşkilatını formalaşdırır.

 

2023-cü il üzrə Qlobal Təsir Hesabatı

Daha yaxşı gələcək qururuq

Bu struktur Deloitte-a bütün səviyyələrdə - yerli, milli və qlobal səviyyədə sənaye lideri olmağa imkan verir. Hər bir Deloitte şirkəti Deloitte təşkilatına aid olan bilik və bacarıqlarından faydalanmaq və təşkilat daxilində məsləhətləşmək imkanına malikdir. Eynizamanda onlar Deloitte-un bazardakı mövqeyindən və nüfuzundan da istifadə edirlər. Deloitte Qlobal, müştərilərə xidmət göstərmir və Deloitte şirkətlərinin xidmət etdiyi   müştərilərlə bağlı qərarlarını yönəltmir və ya onlara nəzarət etmir.

Üzv şirkətlər, ilk növbədə, ayrı-ayrı ölkə və ya region üzrə təşkil olunur və hər biri öz yurisdiksiyasının qanun və tənzimləyici çərçivələri əsasında fəaliyyət göstərir. Onlar ümumi brend və ortaq metodologiyalar, müştəri xidməti standartları və digər peşəkar protokollar və təlimatlar əsasında fəaliyyət göstərmək üçün bir araya gələn ayrı və müstəqil şirkətlərdir.

Deloitte şirkətləri qlobal ana şirkətin törəmə müəssisələri və ya filialları deyil, əksinə, ayrı-ayrı və müstəqil hüquqi şəxslərdən ibarətdir. Deloitte təşkilatı  partnyorluq, vahid şirkət və ya transmilli şirkət deyil.Bu struktur əhəmiyyətli üstünlüklər, o cümlədən yerli bazarlar haqqında dərin anlayış və öz yerli təcrübələrinin inkişafında birbaşa marağı olan Deloitte peşəkarları arasında məsuliyyət hissini təmin edir.

Deloitte öz təkmilləşdirmə mərkəzləri, qlobal çatdırılma mərkəzləri və dünyanın hər yerində davamlı yüksək səviyyəli xidmət göstərmək üçün nəzərdə tutulmuş digər şəbəkə yanaşmaları ilə miqyasdan yararlanaraq qənaət əldə edir. 

Qlobal yanaşma

Deloitte təşkilatının bir hissəsi olaraq, Deloitte şirkətləri həm qlobal, həm də yerli səviyyədə mühüm müştərilərə əsas xidmətlər göstərmək və işçiləri üçün inkişaf imkanları yaratmaq məqsədilə ortaq dəyərlərdən, investisiyalardan və resurslardan faydalanır. Eyni zamanda, onlar Deloitte brendindən, nüfuzundan və əqli mülkiyyətindən istifadə edə bilirlər.Deloitte şirkətləri aşağıdakıları yerinə yetirməklə Deloitte Qlobal-ın məqsəd və siyasətlərini dəstəkləyir və onlara əməl edir:

  • Deloitte təşkilatının nüfuzunu qoruyacaq şəkildə fəaliyyət göstərmək;
  • Müvafiq olduqda, yerli strategiyaları Deloitte Qlobal-ın strategiyalarına uyğunlaşdırmaq;
  • Peşəkar standartlara, Deloitte-un Ümumi Dəyərlərinə və keyfiyyətə nəzarət sistemləri ilə bağlı Deloitte siyasətlərinə riayət etmək.