Deloitte olaraq, biz inanırıq ki, bütün insanlar vəzifə və hüquqlar baxımından azad və bərabərdirlər. İnsan hüquqlarına dair bəyannaməmiz öhdəliklərimizi və bu hüquqlara hörmət göstərmək istiqamətində şirkətimizin izlədiyi yanaşmanı ehtiva edir.
Bütün dünyada nüfuzlu təşkilatlar, onların biznesləri üçün yeni yollar hazırlayarkən həssas və məxfi məlumatlarını bizə etibar edirlər. Və bu təkcə bizim müştərilərimizə aid deyil. İcmalarımız və insanlar da bizi birgə çalışa biləcəkləri etibarlı və dürüst şirkət olaraq tanıyırlar. Bizə güvəninizə və etibarınıza ciddi önəm veririk. Bu, bizim etikaya sadiqliyimizdən qaynaqlanır, təcrübələrimiz və insanlarımız tərəfindən
Bu etimad bizim yüngül qəbul etdiyimiz bir şey deyil. Bu, bizim etikaya sadiqliyimizə əsaslanır və təcrübələrimiz və insanlar tərəfindən qazanılır. Onlar hər gün öz davranışları və qərar vermələri ilə dürüstlük mədəniyyətimizi quranlardır.
İnanclarımıza necə sadiq qalırıq
Biznes Davranışının Qlobal Prinsipləri və ya Qlobal Məcəlləmiz bizim
əməl etdiyimiz standartlardır. Onlar, hər birimizin üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Ortaq Dəyərlərimizə əsaslanan Qlobal Məcəllə, Deloitte-də etika və dürüstlüyün mühüm əhəmiyyət daşıdığını və bu prinsiplərin müzakirə mövzusu olmadığını vurğulayır.
175 ildən çox müddətdə əməkdaşlarımıza, cəmiyyətə və müştərilərimizə əhəmiyyətli təsir yaradan xidmətlər göstərmək hədəfimizin təməlində Məsuliyyətli biznes öhdəliyimiz dayanır. Məsuliyyətli biznes təcrübələri bəyanatı öhdəliklərimizi və əsas tutduğumuz prinsipləri özündə birləşdirir.
Qlobal Məcəllə üzv şirkətimizin etika proqramlarını və yerinə yetirdiyimiz hər bir işdə etika və dürüstlüyün mühüm əhəmiyyət kəsb etdiyinə dair inancımızı əks etdirir. Bu proqramlar insanlarımıza mühakimə və qərar vermə bacarıqlarını inkişaf etdirməyə kömək etmək üçün dəstək və təlimlər təqdim edir.
Heç kim çətin vəziyyətdə yalnız hərəkət etməməlidir. Etika problemi ilə üzləşən işçilərimizə həmkarları, menecerləri, rəhbərləri və ya ünsiyyət kanalları ilə məsləhətləşməyi tövsiyə edirik. Eyni zamanda, məxfi məsləhətləşməyə üstünlük verən əməkdaşlar üçün etika məsələlərinin bildirilməsi məqsədilə rəsmi və etibarlı kanallar təqdim edirik.
Etika ilə bağlı probleminiz, narahatlığınız və ya şikayətiniz var? Zəhmət olmasa,
hadisənin baş verdiyi ölkə üzrə Etika məmuru ilə əlaqə saxlayın və ya əlaqə formasından istifadə edərək narahatlıq barədə məlumat verin .
Fəaliyyət göstərdiyimiz hər bir ölkə və regionda qanunlara, qaydalara və peşəkar standartlara ciddi şəkildə riayət etmək Deloitte üzv şirkətləri üçün əsas prioritetdir. Bundan əlavə, Deloitte-un üzv şirkətləri peşəkar tələblərlə tənzimlənməsi mümkün olmayan mühüm peşəkar davranış məsələlərinin həlli üçün daxili siyasət və standartları tətbiq edirlər. Bu yanaşma sayəsində biz müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərir, qlobal bazarlarda etibar və güvən qazanırıq.
"Dürüstlük fəaliyyətimizin təməl prinsiplərindən biridir və biz, çətin olsa belə, hər zaman dürüst hərəkət etməyə səy göstəririk."
Debbie Rheder, Deloitte Qlobal Baş Etika Direktoru