Biz, maliyyə, İnsan resursları və Əməyin ödənilməsi əməliyyatları, habelə vergi əməletməsi üzrə fərdi həllərin təqdim edir və müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün təcrübəli mütəxəssislərimizdən, müasir texnologiyalardan və qlobal metodologiyalardan istifadə edirik.
Bu gün şirkətlər əsas biznes əməliyyatlarının idarə edilməsini çətinləşdirə biləcək mənzərə ilə üzləşirlər. Əməliyyat modelləri, təşkilati prioritetlər və korporativ mədəniyyətlər biznesdən biznesə fərqli olduğundan, bir müəssisə üçün düzgün hesab edilən həll digəri üçün ən uyğun olmaya bilər.
Deloitte-ın Biznes prosesləri üzrə həlləri (BPS) müəssisələrə fərdi yanaşmanı müəyyən etməyə, daha yaxşı nəticələr verən həllər hazırlamağa və maliyyə əməliyyatlarının, İnsan resursları və əmək haqqının ödənişi və vergi üzrə komplayens əməliyyatlarının idarə edilməsi üçün fərdi həllərin tətbiqinə yardımçı ola bilər. Gündəlik əməliyyatlardan daha spesifik layihələrə qədər Deloitte BPS şirkətdaxili və xarici resurslardan ibarət komanda vasitəsilə müəssisələrin fəaliyyətinin idarə edilməsinə və nəzarət sistemlərinin təkmilləşdirilməsinə dəstək göstərə bilər. Çevik xidmət modelləri, autsorsinq, heyətin artırılması, kousorsinq, rəqəmsal həllər və layihə ilə bağlı xidmətlər vasitəsilə biz sizə əsas Biznes prosesləri ilə bağlı həllərin səmərəli şəkildə idarə edilməsinə kömək edirik.
Birlikdə biz, sizin yerli, regional və qlobal biznes əməliyyatlarınızda inkişafa nail ola bilərik.
BPS qlobal şəbəkəmizdə peşəkarlar
lokal
Çatdırılma Mərkəzləri ardıcıl mükəmməllik səviyyəsini təqdim etmək üçün hazırlanmışdır
xidmətlərin göstərilməsi təcrübəsi