Azərbaycan Respublikası Milli Məclisinə 25 noyabr 2024-cü il tarixli «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» qanun layihəsi («Layihə») təqdim edilmişdir.
Vergi Məcəlləsinə edilən növbəti əsaslı dəyişikliklər seriyası Məcəlləyə yeni anlayışların daxil edilməsi ilə yanaşı bir çox digər yenilikləri də əhatə edir. Belə ki, yeniliklərin əhatə dairəsi əsasən kölgə iqtisadiyyatı ilə mübarizəyə qarşı vergi nəzarət mexanizmlərinin gücləndirilməsi, vergi əməletməsi ilə bağlı vergi ödəyiciləri üçün nəzərdə tutulan vəzifələr, mövcud vergi güzəştləri üzrə müddətlərin artırılması, vergi qanunvericiliyinin müəyyən müddəalarının aydınlaşdırılması və eləcə də bir sıra digər dəyişikliklərdən ibarətdir.
Bu buraxılışımızda sizə yuxarıda sadalanan və həmçinin ayrı-ayrı vergi növləri üzrə nəzərdə tutulan dəyişiklikləri həm birbaşa həm də müqayisəli formada nəzərinizə çatdırmaq istəyirik.
Layihə ilə bağlı hər hansı sualınız yaranarsa, bizə çəkinmədən müraciət edə bilərsiniz.
Hörmətlə,
Deloitte Vergi və Hüquq Komandası