Proqram Azərbaycan vergi sisteminin bütün əsas aspektlərini ətraflı şəkildə əhatə edir.
Təlimin yekununda öyrənəcəksiniz:
• Azərbaycan vergi sisteminin əsas anlayışları
• Mənfəət vergisi
• Əlavə dəyər vergisi
• Əmlak vergisi
• Ödəmə mənbəyində gəlir
• Sadələşdirilmiş vergi
• Beynəlxalq vergi aspektləri
Təlim aşağıdakı mövzuları əhatə edir:
• Azərbaycan vergi sisteminə giriş – ümumi anlayışlar, vergi yoxlamaları, riskli vergi ödəyiciləri, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və öhdəlikləri, artıq ödənilmiş vergilərin geri qaytarılması və digər məsələlər
• Bütün əsas nəzəri və praktiki məsələləri əhatə etməklə mənfəət vergisi üzrə öhdəlik – öhdəliyin hesablanması və hesabatların verilməsi (gəlir və xərclərin tanınması, mənfəət vergisindən azadolmalar, amortizasiya və təmir xərcləri, zərərin gələcək dövrə keçirilməsi, bazar qiyməti), praktiki məsələlər və vergi optimizasiyası üzrə imkanlar;
• Əlavə dəyər vergisi konsepsiyasının izahı və ƏDV üzrə öhdəliyin dəqiq qiymətləndirilməsi üçün əsas məsələlərin müzakirəsi;
• Əmlakın vergiyə cəlb edilməsi, vergitutma bazasının müəyyən edilməsi, azadolmaların tətbiqi və əmlak vergisi üzrə qanunvericiliyinin tələblərinə riayət;
• Azərbaycan mənbəyindən gəlir konsepsiyası və ödəmə mənbəyindən tutulan verginin tətbiqi;
• Sadələşdirilmiş vergi və digər (aksiz vergisi, torpaq vergisi, mədən vergisi, yol vergisi) vergilərin ətraflı müzakirəsi;
• Əməkdaşların vergiyə cəlb edilməsinin əsaslarını təşkil edən şəxsi gəlir vergisinin, sosial sığorta və işsizlikdən sığorta haqların hesablanması və bəyan edilməsi;
• Beynəlxalq vergi aspektləri, habelə Transfer Qiyməti üzrə Qaydalar və İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin müddəaları.
Təlimin dili: Azərbaycan dili;
Təlimin qiyməti: 1000 AZN (ƏDV xaric)
Tarix və saat: 23, 24, 25 aprel 2025, 14:00 - 18:00
Sizi təlimdə görməyi səbirsizliklə gözləyirik!
Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərə və ya, Nərmin Əliyeva ilə +994124041210 əlaqə saxlaya bilərsiniz. Təlimin şirkətlərin ehtiyaclarına uyğun olaraq korporativ əsasda keçirilməsi mümkündür.
Opens in new window