Əsas məzmuna keçin

Əmək Məcəlləsinin Tətbiqi – Əsas Məqamlar və Praktiki Həllər Təlimi

18, 20 noyabr 2025

Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərini tənzimləyən ən mühüm hüquqi sənəddir. İşəgötürənlər və işçilər üçün gündəlik fəaliyyətlərdə bu qanunvericiliyin düzgün tətbiqi həm hüquqi risklərin qarşısının alınması, həm də sağlam əmək münasibətlərinin qurulması baxımından həlledici əhəmiyyət kəsb edir. Hazırlanmış təlim proqramı iştirakçılara əmək qanunvericiliyinin əsas müddəalarını dərindən öyrənmək, praktik nümunələrlə tanış olmaq və iş mühitində rast gəlinən çətinliklərəeffektiv həll yolları tapmaq imkanı yaradacaq.

Təlim mövzuları:

1. Əmək Məcəlləsinin ümumi prinsipləri – hüquqi çərçivə və tətbiq mexanizmləri

2. Əmək müqavilələri – bağlanması, dəyişdirilməsi və xitam prosesi

3. İş vaxtı və istirahət vaxtı – normal iş vaxtı, əlavə iş saatları, məzuniyyət hüquqları

4. Əməkhaqqı məsələləri – hesablanma qaydaları, ödəniş müddətləri və mübahisəli halların həlli

5. İntizam qaydaları – intizam məsuliyyətinin tətbiqi: əsaslar və prosedurlar

6. Əmək mübahisələri və onların həlli yolları – məhkəmədənkənar mexanizmlər və praktik yanaşmalar

7. İşçi və işəgötürənin öhdəlikləri – balansın qorunması və əmək münasibətlərində şəffaflıq


Xüsusi diqqət praktiki hissəyə yönəldiləcək. Burada iştirakçılar real iş mühitində qarşılaşdıqları situasiyaları analiz edəcək, tipik səhvləri müəyyənləşdirəcək və onları aradan qaldırmaq üçün tətbiq oluna biləcək hüquqi və idarəetmə həll yollarını müzakirə edəcəklər. Qrup işləri və situasiya tapşırıqları vasitəsilə iştirakçılar nəzəri biliklərini möhkəmləndirəcək və gündəlik işdə tətbiq oluna biləcək bacarıqlar qazanacaqlar.

Təlimin sonunda iştirakçılar əmək qanunvericiliyinin ən mühüm müddəalarını daha dərindən mənimsəyəcək, işçi–işəgötürən münasibətlərində şəffaf və balanslı yanaşma tətbiq edə biləcək, həmçinin əmək mübahisələrinin qarşısını almaq və ya onları effektiv həll etmək üçün praktik alətlərlə təchiz olunacaqlar.

Bu proqram HR mütəxəssisləri, hüquqşünaslar, menecerlər və rəhbər şəxslər üçün nəzərdə tutulmuş etibarlı bir bələdçi rolunu oynayır. 

Təlimin dili: Azərbaycan dili

Təlimin qiyməti: 1000 AZN (ƏDV xaric)

Tarix və saat:  18, 20 noyabr 2025, saat 09:00 – 18:00

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərə  bilərsiniz.