Əsas məzmuna keçin

Əmək haqqı hesablanması təlimi

14, 15 oktyabr 2025-ci il

Əməkhaqqı hesablanması hər bir təşkilatda mühüm rol oynayır və sadəcə maaşların ödənilməsindən daha geniş məna daşıyır. Bu, əməkdaşların ədalətli ödəniş almasını təmin edən, əmək və vergi qanunvericiliyinə uyğunluğu qoruyan, həmçinin təşkilatın etibarlılığını saxlayan prosesdir. Əməkhaqqının düzgün hesablanmaması maliyyə cərimələrinə, hüquqi mübahisələrə və işçilərin etimadının azalmasına səbəb ola bilər. Bu çətinliklərin aradan qaldırılması üçün hazırlanan təlim proqramı iştirakçılara həm nəzəri bilikləri, həm də praktiki bacarıqları qazandıraraq əməkhaqqı əməliyyatlarının idarə olunmasını, qanunvericiliyin tətbiqini və dəqiq sənədləşməninaparılmasını öyrədəcək.

Bu geniş proqram əməkhaqqı idarəçiliyinin tam dövrünü əhatə edərək həm gündəlik hesablamaları, həm də xüsusi halları nəzərdən keçirəcək.

Əsas öyrənmə sahələrinə daxildir:

  • Əməkhaqqından gəlir vergisi və hesablanma prinsipləri;
  • Sosial sığorta və işsizlik sığortası üzrə tutulmalar;
  • Həyat sığortası yığımları və onların vergitutma çərçivəsi;
  • Qüvvədə olan qaydalara əsasən orta əməkhaqqının
    hesablanması;
  • İllik, təhsil, yaradıcılıq və sosial məzuniyyətlər
    dövründə ödənişlər;
  • Müvəqqəti və ya daimi əvəz etmə hallarında maaş düzəlişləri;
  • İkiqat əmək münasibətlərində kompensasiyalar;
  • İstirahət, seçki, bayram və matəm günlərində işin ödəniş
    qaydaları;
  • Gecə növbəsi, artıq iş saatları və çoxnövbəli rejimlər
    üçün ödənişlər;
  • Yığım qaydası ilə iş vaxtının uçotu və əməkhaqqına təsiri;
  • Əməkhaqqı və hesablaşma sənədlərinin hazırlanması;
  • Ezamiyyət qaydaları, gündəlik xərclər və onların əməkhaqqına
    daxil edilməsi

Təlimi uğurla tamamlayan iştirakçılar əməkhaqqı hesablanması üzrə geniş bilik və bacarıqlara yiyələnəcək, qanunvericiliyə uyğun şəkildə maaşların hesablanmasını, tutulmaların düzgün tətbiqini, habelə artıq iş saatları və ezamiyyət kimi mürəkkəb halların idarə edilməsini öyrənəcəklər. Bu proqram xüsusilə HR mütəxəssisləri və mühasiblər üçün faydalı olacaq – onlar əməkhaqqı proseslərində şəffaflıq, dəqiqlik və səmərəliliyi artırmaqla təşkilat daxilində ədalətli idarəetməni gücləndirə biləcəklər.

Təlimin dili: Azərbaycan dili

Təlimin qiyməti: 1000 AZN (ƏDV xaric)

Tarix və saat:  14, 15 oktyabr 2025, saat 09:00 – 18:00

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına
göndərə və ya, Təlim Koordinatoru Əntiqə Məmmədli +994102658312 əlaqə saxlaya bilərsiniz.