Xəbərlər

Performans çempionları

22, 29 aprel,  4, 14 may 2024

Rəhbərlər və HR mütəxəssislər üçün praktiki təlim

Deloitte Qlobal sorğusunda iştirak etmiş rəhbərlərin 58 faizi şirkətlərində tətbiq edilən performans idarə edilməsi sistemlərinin nə işçi bağlılığı, nə da yüksək performans göstəriciləri ilə nəticələndiyi qənaətindədirlər. Şirkətlər keçmiş fəaliyətin qiymətləndirilməsi deyil, real vaxtda və fərdi yanaşma ilə gələcək performansın alovlandırılmasına ehtiyac duyur.


Təlimin gündəliyi

 

1. Performansın idarə edilməsi insan resursları strategiyasının əsas prioritetlərindən biri olaraq

  • Performansın idarə edilməsi anlayışı.
  • Performansın idarə edilməsi ilə bağlı İşəgötürən və İşçinin rəhbərlərdən və HR Departamentdən gözləntiləri;
  • Kariyera/iş ailələri və vəzifə dərəcələri üzrə kompetensiyalar;
  • Performans idarə edilməsi sistemi və fəaliyyətin ölçülməsi dövrü;
  • Ənənəvi və müasir performans idarə edilməsi sistemləri. Nümunələrin müzakirəsi;
  • Ölçmə meyarları. SMART hədəflər. Praktiki tapşırıqlar;
  • Praktiki tapşırıq: SMART hədəflərin müəyyən edilməsi

 

2. Performansın idarə edilməsində rəhbərlərin rolu

  • CIPD tələbləri. Xətti menecerlərin performans idarə edilməsində
    yolu;
  • «Deloitte Reinvented Performance Management» sistemi
  • «Check-in» nədir? Əhəmiyyəti və davamlılığı;
  • Effektiv sual vermə texnikaları. Praktiki tapşırıqlar;
  • Rəhbərlərin mentor və kouç kimi rolu;
  • DISC. Şəxsi xüsusiyyətlərə görə işçilərin performansının idarə edilməsi və «feedback» verilməsi;
  • Praktiki tapşırıq : «Check-in» keçirilməsi


3. İşçiyə rəyin verilməsi və mükafatlandırılması

  • İşçilərə mütəmadi olaraq rəyin verilməsi və korporativ ünsiyyət;
  • Performans idarə edilməsində liderlik. Situativ idarəetmə prinsipləri;
  • İşçilərin mükafatlandırılması. «Total» mükafatlandırma prinsipləri əsasında işçi motivasiyasını qorunması;
  • Perfomans menecerlərinin qiymətləndirilməsi;
  • Praktiki tapşırıq: «Benchmarking meeting»

Təlimin hədəfi - Təlimin hədəfi müasir performans idarə edilməsi trendləri və tələblərinə uyğun olaraq  bilik və bacarıqların inkişaf etdirilməsidir. 

Təlim ehtiyacları - Təlimdən öncə təlim iştirakçılarının özünü qiymətləndirməsi  online sorğu əsasında aparılır.

Təlimin keçirilmə formatı - Təlim sinif otağında həyata keçirilir. Qrup işləri 4-5 nəfərlik qruplarda aparılır.

Müddəti – 30 saat (24 saat təlim, 6 saat ev tapşırığı üzrə təqdimatlar)İştirakçı sayı – maksimum 12 nəfər

Təlimin bir nəfər üçün qiyməti – 1000 AZN (ƏDV xaric)

 

Təlimlə bağlı ətraflı məlumat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167.

Did you find this useful?