Əsas məzmuna keçin

Vladimir Remyga

Direktor, Risk Məsləhətləri

Vladimir – Risk Məsləhətləri departamentində Direktordur.
O, Deloitte-un Xəzər və Qafqaz regionlarında rəqəmsal və kiber təhlükəsizlik xidmətlərinə rəhbərlik edir. Vladimirin IT və kiber təhlükəsizlik sahəsində iyirmi ildən çox təcrübəsi var və bütün MDB regionunda fəaliyyət göstərən bir çox təşkilata xidmət edir. Onun ixtisaslaşdığı sahələrə Rəqəmsal və Kiber risklərin idarə olunması, IT xərclərinin optimallaşdırılması və rəqəmsal transformasiyalar daxildir.

O, 2019-cu ildə Deloitte-a qoşulub və vaxtını Azərbaycan, Qazaxıstan, Gürcüstan və Özbəkistan arasında bölüşdürür. Deloitte-a qoşulmazdan əvvəl Vladimir Qazaxıstanın Almatı şəhərində yaşayıb və qlobal konsaltinq şirkətində IT Məsləhət Direktoru vəzifəsində çalışıb.

O, Moskva Beynəlxalq Biznes Məktəbindən (MIRBIS) Sahibkarlıq üzrə MBA dərəcəsi alıb.

Vladimir həmçinin Qazaxıstan Milli Texniki Universitetindən Məlumatların Qorunması və Təhlükəsizliyi üzrə fərqlənmə diplomuna malikdir.

Peşəkar sertifikatlar:

Prince II Foundation və Practitioner sertifikatı
Enterprise IT idarəetməsi üzrə sertifikat (CGEIT)
Risk və Məlumat Sistemlərinə Nəzarət üzrə sertifikat (CRISC)
ISO 27001 Baş Auditor sertifikatı
Məlumat Sistemləri Təhlükəsizliyi üzrə Peşəkar sertifikatı (CISSP)
Məlumat Sistemləri Auditoru sertifikatı (CISA)