Tural Texnologiya və Transformasiya departamentinin Partnyorudur və regionda 22 ildən artıq təcrübəyə malikdir. Onun müştəriləri arasında İKT şirkətləri, iri dövlət müəssisələri, holdinqlər və investisiya şirkətləri, universal banklar, sığorta şirkətləri və digər təşkilatlar yer alır. Tural bir sıra peşəkar assosiasiyaların və işçi qruplarının üzvüdür. O, Azərbaycan Etika və Uyğunluq Şəbəkəsinin həmtəsisçisidir, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının nəşrlərinə töhfə verir, Amerika Ticarət Palatasının Azərbaycandakı İKT komitəsinə rəhbərlik etmişdir, Pirallahı Yüksək Texnologiyalar Parkının İdarə Heyətinin üzvü, Audit Komitəsinin üzvü və regional Fintech startapının həmtəsisçisidir..