Bahar Kavuzova Deloitte Azərbaycan şirkətinin Vergi və Hüquq departamentində Baş Hüquq Meneceridir.
O, həm dövlət, həm də özəl sektorda səkkiz ildən artıq peşəkar təcrübəyə malik hüquq mütəxəssisidir. Əsasən neft və qaz, tikinti və FMCG sahələrində ixtisaslaşaraq beynəlxalq və yerli müştərilərə mürəkkəb korporativ, dəniz hüququ, gömrük, əmək və miqrasiya məsələləri üzrə məsləhətlər verib. Karyerasına Amerika Vəkillər Assosiasiyasında başlayan Bahar daha sonra beynəlxalq konsaltinq şirkətində fəaliyyətini davam etdirmişdir.
Bahar Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş, daha sonra isə Saloniki Aristotel Universitetində Enerji Hüququ üzrə kurs keçmişdir. Hazırda o, Chicago Kent Hüquq Kollecində LLM dərəcəsi üzrə təhsilini davam etdirir.