Əsas məzmuna keçin

Deloitte University EMEA

Müstəsna və yadda qalan inkişaf təcrübələrinin yaradılması

Deloitte University Deloitte-in qlobal strategiyasını həyata keçirməyə kömək edən güclü vasitə olaraq əməkdaşlarımıza qoyulan ən nəzərəçarpan və əhəmiyyətli yatırımlardan biridir. Müştərilərimizə, əməkdaşlarımıza və cəmiyyətə əhəmiyyətli təsir göstəmək bizim ümumi məqsədimizdir və mədəniyyətimizin əsasını təşkil edir.

Dünya üzrə 7 Deloitte University mərkəzindən biri olan Deloitte University EMEA (Avropa, Yaxın Şərq və Afrika) 2013-cü ildə açılmışdır və məqsədi bazarda mübahisəsiz lider olmaq üçün kadrlar yetişdirmək və onlara davamlı olaraq müstəsna və yaddaqalan inkişaf təcrübəsi verməkdir.

Deloitte University EMEA, regionun peşəkarlarını müstəsna və yaddaqalan inkişaf təcrübələr ilə, Deloitte strategiyası, Ortaq Dəyərlərimiz və – əhəmiyyətli təsir yaratmaq – Məqsədimiz əsasında birləşdirən vasitədir.

100-dən çox ölkədən olan peşəkarların və gələcək liderlərin inkişafına xidmət edən proqramlarımızın forma və məzmunu aydın və uyğun dildə olmaqla hörmət, müxtəliflik və inklüzivliyi təşviq edir, habelə qlobal səviyyədə tətbiq oluna və əlaqələndirilə bilər.

Deloitte University Deloitte mədəniyyətinin təməlini təşkil edir.

Deloitte University EMEA öz tədris proqramı vasitəsilə dünya səviyyəli təlim təqdim etmək üçün mükəmməllik standartlarını tətbiq edərək peşəkar və liderlik qabiliyyətlərinə, həmçinin sənaye və biznesə xas bacarıqlara diqqəti vurğulayır

Kurikulum, əməkdaşlarımızın peşəkar inkişafında dünya səviyyəli standartların qorunmasını təmin etmək məqsədilə Deloitte-un qlobal əlaqələndirilmiş şəbəkəsi çərçivəsində davamlı olaraq inkişaf etdirilən birgə əməkdaşlıq və liderlik yanaşmamızın nəticəsidir.

Bütün səviyyələrdən olan Deloitte rəhbərləri əvəzolunmaz bilik və təcrübəsinin gələcək liderlərimizə ötürülməsini təmin edərək, təlim həllərinin təşkili və çatdırılmasında iştirak edir.

2013-cü ildən 2024-cü ilə qədər Deloitte Universityi EMEA Belçikanın Brüssel şəhəri yaxınlığında yerləşirdi. 2024-cü ildə universitet Avropa, Yaxın Şərq və Afrikanın hər yerindən daha çox insanı bir araya gətirərək Fransada Parisdən kənarda özünün müasir tədris kompleksinə köçdü.

Yeni və xüsusi olaraq inşa edilmiş bina, təlim və əlaqələrin qurulması üçün nəzərdə tutulmuş və kənd mühitində bir memarlıq üslubunda dizayn edilmişdir. Deloitte, memar və inşaatçıların yaxından əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş bu binanın inşası zamanı dayanıqlılıq və biomüxtəliflik ön planda saxlanmışdır. Bu, bizim əməkdaşlarımıza və müştərilərimizə müstəsna xidmətlər təqdim etmək üçün uzunmüddətli sərmayədir 

.

Bizim ambisiyamız Deloitte-un strategiyasını, Ortaq Dəyərlərilərini və Məqsədini reallaşdıran əsas mərkəz olmaqdır. Bu, gələcəyin liderlərini inkişaf etdirmək və əməkdaşlarımız, müştərilərimiz və cəmiyyətimiz üçün gələcək problemlər üzərində işləmək məqsədilə bir araya gəldiyimiz yerdir.


- DU EMEA Dekanı Tom Declercq

<br>