"Əməkdaşlarımız müştərilərə yalnız yerinə yetirilməli tapşırıqlara dair faktları və nəzəriyyəni təqdim etmir, eləcə də öz komandaları ilə bu işləri davamlı olaraq müəyyən etmək, qurmaq və tətbiq etmək— üçün çalışır. Yeni biznes modellərinin yaradılmasından iş proseslərinin optimallaşdırılmasına, mövcud komandaların xüsusi bacarıqlarla və avtomatlaşdırma ilə gücləndirilməsinə və mürəkkəb biznes funksiyaların idarə edilməsinə—dəstək olmağa qədər bütün məsələlərdə biz, müştərilərə mümkünsüz olanı reallaşdırmağa kömək edirik.
Deloitte olaraq biz, ən yaxşı xidmətlər təqdim etmək və vergi qanunvericiliyinə uyğunluq, kibertəhlükəsizlik, maliyyə cinayətləri, bulud və tətbiqlərin idarə edilməsi kimi sahələrdə davamlı nəticələr göstərmək üçün dünya üzrə ən son texnologiyalar, insan resursları və imkanlardan istifadə edirik. Biz ənənəvi biznes prosesinin autsorsinqindən daha çoxunu həyata keçiririk. Biz sadəcə “iş prosesini dəstəkləməklə” kifayətlənmirik. Biz dəyişikliklərin tempinə davamlı olaraq uyğunlaşaraq, fikirlər yürüdərək, onların əməliyyatlarının kökündə dayanan yeniliklər yaradaraq və davamlı üstünlükləri təmin edərək müştərilər və onların sifarişçiləri ilə çiyin-çiyinə çalışırıq və bu, bizim sevdiyimiz işə olan həvəs və istəkdən irəli gəlir. Biz Əməliyyat xidmətlərinin əməkdaşlarıyıq. .
Qeyd: Burada təsvir edilən xidmətlər və təcrübələr bu sahələrdə Deloitte-in təcrübəsini və imkanlarını nümayiş etdirmək məqsədi daşıyır, lakin audit müştərilərinə (o cümlədən, filiallara) tətbiq edilən müstəqillik məhdudiyyətləri səbəbindən Deloitte fərdi fakt və hallara əsaslanmış müəyyən xidmətləri təmin edə bilmir. Buna görə də təcrübə və təsvirlər audit müştərilərinə xidmətlərə şamil edilməyəcək.