This site uses cookies to provide you with a more responsive and personalised service. By using this site you agree to our use of cookies. Please read our cookie notice for more information on the cookies we use and how to delete or block them

Nişan elektron poçt Bu səhifəni çap et

MHBS xidmətləri

Biz mürəkkəbi sadələşdirmirik biz onu anlaşıqlı edirik

Maliyyə bazarlarının inteqrasiyası artdığından və investorlar transmilli korporasiyaların maliyyə hesabatı ilə uyğunluğu təmin etməyə səy göstərdiyindən Maliyyə Hesabatının Beynəlxalq Standartları (MHBS) beynəlxalq miqyaslı və yerli biznesin qurulmasında mühüm əhəmiyyət daşıyacaq. Məsələn, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tələb edir ki, ölkədə fəaliyyət göstərən bütün İctimai əhəmiyyətli qurumlar 1 yanvar 2008-ci il tarixdən etibarən maliyyə hesabatları üçün MHBS-dan istifadə etməlidirlər. Bu bir çox yerli şirkətlərə və baş ofis üçün maliyyə hesabatı hazırlayan transmilli şirkətlərə təsir edəcək.

Bu tendensiya MDB ölkələrində hazırda artmaqdadır, Avropa və bir çox başqa ölkələrdə isə artıq tətbiq olunmuşdur. Bundan əlavə, ABŞ-ın Qiymətli kağızlar və Birjalar üzrə Komissiyası MHBS-in tələbləri əsasında işləyən şirkətlərin ABŞ Ümumi Qəbul olunmuş Mühasibat Uçotu Prinsiplərinə riayət etmək öhdəliyinin  ləğv edilməsini nəzərdən keçirir. Hazırda Deloitte Sizə MHBS-ə keçidlə bağlı bütün sahələrdə yardımçı olmaq üçün özünün Maliyyə Hesabatının Beynəlxalq Standartlarına Keçid Xidmətlərini təklif edir. Bizim dünya üzrə yeni Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası, Beynəlxalq Maliyyə Hesabatlarının Şərhi Komitəsi və dünya üzrə digər tənzimləyici qurumlarla  sıx işləyən ekspertlәrimiz vardır.