This site uses cookies to provide you with a more responsive and personalised service. By using this site you agree to our use of cookies. Please read our cookie notice for more information on the cookies we use and how to delete or block them

Nişan elektron poçt Bu səhifəni çap et

Sənaye və ticarət

Artan rəqabətə, bazarda malların hərəkəti ilə bağlı xərclərin artmasına və yeni ticarət nişanlarının yaradılmasına, Müştərilərlə Münasibətlərin İdarə edilməsinə (MMİ), zәncirvarı əməliyyatların həyata keçirilməsinə, müştərilərin gözlədiklərinin dəyişməsinə, yeni yaranan texnologiyalara münasibətiniz necədir? Siz bazarınızı və müştərilərinizin sayını artırırsınız? Siz biznesinizin dəyərinin artması üçün nə edirsiniz?

İqtisadi sahələr üzrə ekspertlərimiz bu tapşırıqları yerinə yetirməkdə Sizə yardımçı ola bilər. Biz istehsalçı-istehlakçı zəncirinin yaradılması üçün strategiyanın  seçilməsi,  biznes proseslərinin yenidən qurulması, İT həlləri, maliyyə modelinin qurulması,  əminlik, vergi, menecment konsaltinq və qiymətləndirmə kimi bütün məsələlərlə bağlı məsləhət veririk.

Şirkətimiz istehlak və sənaye mallarının satışı və istehsalı ilə məşğul olan şirkətlərə peşəkar xidmətlərin göstərilməsi sahəsində dünya lideridir. Şirkətinizin pərakəndə ticarət, xidmət, istehlak mallarının istehsalı, avtomobil, kimya, turizm, nəqliyyat və ya kənd təsərrüfatı sahəsində fəaliyyət göstərməsindən asılı olmayaraq bizim peşəkar mütəxəssislərimiz Sizə məsrəflərin azaldılmasında, müştəri xidmətinin yaxşılaşdırılmasında və şirkətinizin səhmlərinin qiymətinin artırılmasında kömək edə bilər. Siz müştərilərinizin tələblərini qarşılamağa yönəlmiş idarəetmə və texniki məsələlərin həlli sahəsindəki müasir metodlarımıza bütünlükdə etibar edə bilərsiniz.