This site uses cookies to provide you with a more responsive and personalised service. By using this site you agree to our use of cookies. Please read our cookie notice for more information on the cookies we use and how to delete or block them

Nişan elektron poçt Bu səhifəni çap et

Azərbaycanın MHŞT üzrə onuncu hesabatını hazırlayacaq auditor şirkəti müəyyən olundu

Contact: Nasir Ali
Audit üzrə partnyor

 

Azərbaycan, Bakı                                                              10 fevral 2009cu il

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 10 fevral 2009-cu il tarixdə verdiyi məlumata əsasən MHŞT üzrə 2008-ci ili əhatə edən 10-cu hesabatı Beynəlxalq Auditor Şirkəti olan Deloitte hazırlayacaq. Bu qərar 9 febral 2009-cu il tarixdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında keçirilən növbəti iclasda verilmişdir. İştirak üçün dəvətlər Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq auditor şirkətlərinə - Deloitte, Ernst & Young, PriceWaterhouseCoopers və Moore Stephens göndərilmişdir. Auditor neft və qaz sahəsində fəaliyyət göstərən şirkətlərin və Azərbaycan Respublikası Hökumətinin gəlirləri barədə hesabatları tutuşdurmaqla hesabat hazırlayacaq.    

2003, 2004, 2005-ci illər və 2006-cı ilin ilk 6 ayı üzrə hesabatlar Deloitte Şirkəti tərəfindən hazırlanmış, Accountants Global Network daxil olan AGN Mak Azerbaijan LTD isə 2005-ci ilin ilk 6 ayı üçün hesabat hazırlamışdır. 2006, 2007-ci illər və 2008-ci ilin ilk 6 ayı üzrə hesabatlar isə Moore Stephens şirkəti tərəfindən hazırlanmışdır.

Ardıcıllıq prinsipinə uyğun olaraq audit xidmətlərinin haqqı hasilat sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən ödəniləcəkdir.  

Qarşılıqlı Anlaşma Memorandumunda cəmi 25 neft və qaz şirkəti iştirak edir.  B u memoranduma həmçinin Inpex Azərbaycan, Binəqədi Neft, RAFI Oil və Naftiran Intertrade Co. Limited şirkətləri də qoşulmuşlar.

2008-ci ilin ilk 6 ayı üzrə hesabatın nəticələrinə əsasən neft və qaz layihələrindən Azərbaycan Respublikası Hökumətinə 86.881 mln dollar və 1,681.218 mln manat verilmişdir. Beynəlxalq auditorlar təsdiq etdilər ki, 2003-2008-ci ilin ilk 6 ayı üzrə Azərbaycan Respublikası Hökumətinin ümumi gəliri 751.63 mln dollar və 6984.74 mln manat olmuşdur.  

19 fevral 2009-cu il tarixinə 1 ABŞ dollarının manata qarşı rəsmi mübadilə məzənnəsi  0,8077 manat olmuşdur.

 

 

 

 

Son dəfə yenilənib: