This site uses cookies to provide you with a more responsive and personalised service. By using this site you agree to our use of cookies. Please read our cookie notice for more information on the cookies we use and how to delete or block them

Nişan elektron poçt Bu səhifəni çap et

Məzun Şəbəkəsi

Deloitte Məzun Şəbəkəsinə qoşulun

Deloitte ailəsinin bir üzvü olaraq qalın

 

Böyük məmnuniyyətlə “Deloitte Azərbaycan”ın Məzun Şəbəkəsinin açıldığını elan edirik. Bu şəbəkə Deloitte şirkətinin əvvəlki əməkdaşlarından ibarət bir qrup təşkil edir və şirkətarası əməkdaşlıq, eləcə də tədbir və yığıncaqlar üçün nəzərdə tutulmuş qeyri-rəsmi qrupdur.  

 

Şəbəkəmizin prinsipi əvvəllər Deloitte şirkətinin əməkdaşı olmuş və dünyanın istənilən yerində, istənilən karyera mərhələsində olan, Deloitte ailəsinin bir üzvü kimi qalmağa davam edən şəxsləri birləşdirməkdir. Şəbəkənin hər biriniz üçün qarşılıqlı münasibətdə qalmağa, tərəfdaşlıq və inkişaf üçün ideyalar paylaşmağa, hazırkı Deloitte əməkdaşları ilə görüşməyə kömək edə biləcək maraqlı və faydalı platforma olacağına inanırıq. Ən əsası isə bu platforma vasitəsilə özünüz, işlədiyiniz şirkətlər, qarşılaşdığınız imkanlar və problemlər barədə danışmaq, o cümlədən karyera və şəxsi həyatınızdakı yenilikləri bizimlə bölüşmək imkanına malik olacaqsınız.

 

Niyə bizə qoşulmalısınız?

Daimi əlaqələrin üstünlükləri əvəzedilməzdir

 

Məzun xəbər bülleteni

“Deloitte Azərbaycan” təşəbbüsü, Deloitte-in Kadrlar Şöbəsi və Biznesin İnkişafı komandalarının birgə əməyinin məhsulu olaraq, Sizlərə daha bir üstünlüyü də təqdim etmək istəyir ki, bu da məzun xəbər bülletenidir. Bülleten Deloitte və onun məzunları barədə yeniliklərdən məlumatlı olmanızı təmin edəcək. Xəbər bülleteninin elektron buraxılışları hər rüb dərc olunacaq. Hər buraxılışda məzunların həyatında baş verən uğur və yeniliklər, təhsil və iş sahəsindəki nailiyyətləri barədə fərqli məlumatlar əks olunacaq. Xəbər bülletenlərində Deloitte yenilikləri, müxtəlif məzun proqramları və imtiyazları və s. barədə vaxtında və faydalı informasiyanın təmin edilməsi də nəzərdə tutulmuşdur. Hər buraxılışın sonunda əyləncəli viktorinalar və tapmacalar təqdim edəcəyik. Viktorina suallarına düzgün cavab verənlər Deloitte ticarət nişanını daşıyan həvəsləndirici hədiyyələr qazanacaqlar.

 

 

Məzun yığıncaqları 

Məzun Şəbəkəsi çərçivəsində hər il məzunlarla görüşlərin keçirilməsi planlaşdırılır ki, belə görüşlərdə Deloitte şirkətinin keçmiş və hazırkı əməkdaşları birgə vaxt keçirmək, bir-biri ilə ünsiyyətdə olmaq, bir-birilərinin karyerası barədə məlumat əldə etmək, eləcə də təqdim etdiyimiz əyləncəli oyun və suallarda iştirak etmək, musiqi dinləyərək və ləziz yeməklərdən dadaraq istirahət etmək və xoş bir görüş keçirmək imkanına malik olacaqlar. İlk məzun yığıncağımız noyabr ayında keçiriləcək. Tədbirin vaxtı yaxınlaşdıqda sizə tədbir haqqında daha ətraflı məlumat verəcəyik. 

 

Birlikdə olmağın böyük üstünlükləri vardır. Məzunlarla əlaqə saxlamaqla Deloitte çərçivəsində və ondan kənarda uzunmüddətli dostluq münasibətləri yarada, peşəkar biliyinizi artıra, iş əhatənizi genişləndirə və sadəcə olaraq Deloitte ailəsinin bir üzvü olaraq qala bilərsiniz. Bunu birlikdə bacararıq!

 

“Deloitte Azərbaycan”ın Məzun və Əməkdaşlar Şəbəkəsinə qoşulmaq üçün aşağıdakı linkə daxil olun və LinkedIn ünvanınızdan istifadə edərək Deloitte məzunu kimi qeydiyyatdan keçin.