Gənc mütəxəssislərin hazırlığı proqramları
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin daim dəyişən və yeniləşən xarakteri, vergi mühasiblərindən davamlı olaraq öz bilik və bacarıqlarını təkmilləşdirməyi prioritet etmələrini tələb edir.
Deloitte Azərbaycanın Vergi Departamenti 20 ilə yaxındır ki, yerli və transmilli şirkətlərə müxtəlif növ inteqrasiya olunmuş vergi və mühasibatlıq xidmətləri göstərir. Karyeranızın inkişafında sizə yardımçı olmaq üçün təcrübəyə əsaslanan ideyaları və yenilikləri, biznes və sənaye biliklərini özündə birləşdirən yeni təlim proqramı məhz vergi sahəsində biliklərini inkişaf etdirmək istəyən gənc mühasiblər üçün nəzərdə tutulub.
Təlim proqramı karyerasının başlanğıcında olan gənc mühasiblərə vergi hüququnun əsaslarını və praktikasını izah etməklə iştirakçıları hərtərəfli məlumatlandırmaq məqsədini daşıyır.
Təlimdə iştirak edən şəxslərin mühasibatlıq sahəsində minimum 6 ay, maksimum 2 ilədək təcrübəsi olmalıdır. Bu seçim meyarı təlimdə iştirak edən şəxslərin gözləntilərinin eyni səviyyədə qarşılanması məqsədini daşıyır.
Təlimin dili: Azərbaycan dili
Təlimin qiyməti: 900 AZN (ƏDV xaric)
Tarix və saat: 11-13 oktyabr 2023, saat 09:00-18:00
Təlimlə bağlı ətraflı məlumat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210.
Opens in new window