Əsas məzmuna keçin

Layihə Risklərinin İdarə Edilməsi Təlimi

13 mart

Layihə İdarəetməsi üzrə təlim layihə idarəetməsinin əsas aspektlərini əhatə edir. Təlim çərçivəsində iştirakçılar layihənin həyat dövrü, planlaşdırma alətləri, risklərin idarə edilməsi və effektiv kommunikasiya haqqında biliklər əldə edəcəklər. Onlar layihənin həyata keçirilə bilmə imkanlarını qiymətləndirməyi, layihə hüdudlarını, məqsəd və vəzifələri müəyyən etməyi, riskləri tanıyıb idarə etməyi öyrənəcəklər.

Təlim həmçinin layihə idarəçiliyi, rollar və məsuliyyətlər, uyğunluq və hesabatlılıq, resursların effektiv bölüşdürülməsi, layihə planının və İşlərin Bölünməsi Strukturunun (WBS) hazırlanması, Gantt cədvəlləri və Kritik Yol Metodu kimi qrafikləşdirmə alətləri mövzularını əhatə edir.

Praktiki tapşırıqlar və rol oyunları vasitəsilə iştirakçılar real layihə təcrübəsi qazanacaqlar. Təlimin əsas diqqət mərkəzində layihələrin icrası, monitorinqi və bağlanması, layihə performansının ölçülməsi üçün əsas göstəricilər (KPI-lar), dəyişikliklərin və problemlərin idarə edilməsi, komanda əməkdaşlığı, effektiv kommunikasiya, münaqişələrin həlli və maraqlı tərəflərlə əlaqələrin qurulması dayanır. 

 📌 Təlim müddəti: 8 saat

📌 Təlim dili: Azərbaycan dili

📌 İştirak haqqı (1 nəfər üçün): 900 AZN (ƏDV xaric)

 Sizi bu yüksək interaktiv və təsirli proqramda görməkdən məmnun olarıq!

Qeydiyyat və ya korporativ sessiyalarla bağlı suallar üçün Təlim Koordinatoru Əntiqə Məmmədli +994102658312 və ya Deloitte Azərbaycan Akademiyası acdemy@deloitte.az ilə əlaqə saxlayın.