Təlim proqramı praktiki misallar və biznes keyslər üzərində qurulmuşdur və insan resursları sahəsində karyerasını qurmaq istəyən gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Tarix və saat
Təlim 03, 05, 10, 12, 17, 19, 20 dekabr 2019-cu il tarixlərində saat 09:00-dan 13:00-dək (son sessisya 2 saat olmaqla) keçiriləcəkdir.
Ünvan
Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir.
Təlimin qiyməti
İştirak haqqı 700 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.
Qrup şəklində iştirak üçün 15% endirim bir təlim üzrə qeydiyyatdan keçmiş şirkətin hər bir əlavə işçisinə tətbiq olunacaqdır.
Fasilə
Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.
Qeydiyyat
Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.
Qeydiyyat üçün son tarix –20 noyabr 2019-cu il.
Təlimin sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.
Opens in new window