Təlimin məqsədi iştirakçıların ESG və dayanıqlı inkişaf üzrə əsas anlayışlar, beynəlxalq standartlar və idarəetmə təcrübələri barədə bilik və bacarıqlarını artırmaqdır.
Dayanıqlı inkişaf və ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) prinsipləri
müasir dövrdə təşkilatların uzunmüddətli uğuru və rəqabət qabiliyyəti üçün
həlledici əhəmiyyət daşıyır. Bu təlimin məqsədi iştirakçıları dayanıqlılıq
sahəsində əsas anlayışlarla, beynəlxalq standartlarla və qabaqcıl təcrübələrlə
tanış etmək, həmçinin idarə heyətlərinin məsuliyyət və idarəetmə təcrübələrinəinteqrasiya yollarını müzakirə etməkdir.
Deloitte qlobal miqyasda dayanıqlılıq və ESG xidmətləri üzrə aparıcı
məsləhətçi qurumlardan biridir. Şirkət müxtəlif sektorlar üzrə təcrübəsi,
qabaqcıl metodologiyaları və geniş beynəlxalq şəbəkəsi ilə təşkilatlara
dayanıqlılıq strategiyalarının qurulması, ESG hesabatlılığının hazırlanması və
normativ çərçivələrə uyğunluq sahəsində dəstək göstərir. Deloitte-un bilik və
təcrübəsi iştirakçılara yalnız nəzəri məlumat deyil, həm də praktik tətbiqləri
öyrənmək imkanı yaradacaq.
Əsas mövzular
Nəticə
Təlimin sonunda iştirakçılar ESG və dayanıqlı inkişaf anlayışlarını daha
dərindən mənimsəyəcək, beynəlxalq tendensiyalar və normativ çərçivələr barədə geniş təsəvvür əldə edəcəklər. Onlar həmçinin dayanıqlılığın idarə heyəti səviyyəsində idarəetmə və qərarvermə proseslərinə necə inteqrasiya edilə biləcəyini öyrənəcək, təşkilatlarında şəffaflıq və hesabatlılıq mədəniyyətinin gücləndirilməsi istiqamətində praktik bacarıqlara sahib olacaqlar.
Deloitte-un bu sahədəki beynəlxalq ekspertizası və qabaqcıl yanaşmaları
sayəsində iştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməyəcək, həm də öz
fəaliyyətlərində tətbiq oluna biləcək praktik alətlər və nümunələrlə tanış
olacaqlar. Bu, təşkilatlara dayanıqlılıq sahəsində daha güclü mövqe tutmaq və
qlobal rəqabətdə üstünlük qazanmaq imkanı yaradacaq.
Təlimin dili: Azərbaycan dili, Ingilis dili
Təlimin qiyməti: 950 AZN (ƏDV xaric)
Saat: 7 saat
Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərə və ya, Təlim Koordinatoru Əntiqə Məmmədli +994124041210 əlaqə saxlaya bilərsiniz.