Xəbərlər

Risk Məktəbi: Daxili auditor hazırlığı

16-17 may 2024

Gənc mütəxəssislərin hazırlığı proqramları

Deloitte Qlobal Baş Daxili Auditor sorğusu Daxili Audit funksiyasının təsirinin  gücləndiyini müəyyən etmişdir. Nəticələr görə, Baş Daxili Audit Rəhbərlərinin yalnız 40 faizi öz funksiyalarının təşkilat daxilində güclü təsirə malik olduğuna inanır. Sorğunun nəticələri həmçinin göstərir ki, əksər Daxili Audit funksiyaları öz təşkilatları daxilində böyük irəliləyiş əldə etsə də, bir çoxları təşkilatların inkişaf edən ehtiyacları ilə ayaqlaşmaqda çətinlik çəkirlər.

Texnologiya dəyişikliyinin tempi, yeni biznes modelləri, dəyişən qaydalar və biznes ekosistemlərinin yaratdığı mürəkkəb üçüncü tərəf münasibətləri daxil olmaqla bir sıra tendensiyalar Daxili Auditin rolunun dəyişməsinə səbəb olmuşdur.

Bugünkü biliklərə əsaslanan iqtisadiyyatda uğur qazanmaq üçün siz daima öz daxili audit funksiyanızı inkişaf etdirməli, təkmilləşdirməli və yeniliklər etməlisiniz. Deloitte Akademiyasında bizim məqsədimiz sizə peşəkar biliklərinizi genişləndirməyin ən yaxşı yollarını tapmaqda kömək etməkdir. Biz həmişə fərdi öyrənənlər üçün yeni və təkmilləşdirilmiş öyrənmə həlləri inkişaf etdiririk.

Təlim proqramı karyerasının başlanğıcında olan gənc auditorlara audit və əminliyin əsaslarını və praktikasını izah etməklə iştirakçıları hərtərəfli məlumatlandırmaq məqsədini daşıyır. 

Təlimdə iştirak edən şəxslərin müvafiq sahədə minimum 6 ay, maksimum 2 ilədək təcrübəsi olmalıdır. Bu seçim meyarı təlimdə iştirak edən şəxslərin gözləntilərinin eyni səviyyədə  qarşılanması məqsədini daşıyır.

Təlim proqramı

Risklərin qiymətləndirilməsinə giriş:

•Risklərin idarə edilməsi üsulları;

•Risklərin idarə edilməsi modelləri;

•Risklərin idarə edilməsi prosesinin vahid xüsusiyyətləri;

•Müəssisə Risklərinin İdarə edilməsi (MRİ) modelləri;

•Risklərin idarə olunması strategiyaları;

•Riskə dözümlülük və meyillilik.

Korporativ İdarəetmənin və Daxili Nəzarətin əsasları:

•Korporativ idarəetmə nədir?

•Korporativ idarəetmənin elementləri;

•Korporativ İdarəetmədə strukturlar.

Daxili audit prosesi:

•Daxili auditin tətbiqi;

•Korporativ idarəetmədə DA-nın rolu;

•Daxili auditin keyfiyyət standartları;

•Daxili auditin növləri ;

•Əsas daxili audit fəaliyyətlərinin həyata keçirilməsi;

•Daxili Audit Metodologiyası.

Daxili Nəzarətin əsasları:

•Daxili nəzarətin komponentləri;

•Nəzarət yoxlaması zamanı yoxlama planının hazırlanması;

•Daxili nəzarətin qiymətləndirilməsi və çatışmazlıqların müəyyənləşdirilməsi;

•Prosess auditi. Prosess auditinin növləri.

Müsahibələrin aparılması:

•Müsahibə mərhələləri;

•Effektiv müsahibələrin planlaşdırılması;

•Qrup və fərdi qaydada praktiki tapşırıqlar.

Təlimin dili: Azərbaycan dili

Təlimin qiyməti: 1000 AZN (ƏDV xaric).

Tarix və saat: 16-17 may 2024, saat 9:00-17:00

Təlimlə bağlı ətraflı məlumat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167.

Did you find this useful?