Gələn il avtomobil sənayesinə ən çox hansı istehlakçı tendensiyaları və qabaqcıl texnologiyalar təsir edəcək? 2024-cü il Qlobal Avtomobil İstehlakçı Araşdırmamızdan əldə olunan əsas məlumalar, o cümlədən, mobillik, əlaqə, avtomobil satınalma tendensiyalarının və s. təkamülü ilə tanış olun.
2023-cü ilin sentyabr ayından oktyabr ayına qədər biz, 26 ölkədə 27 000-dən çox istehlakçı arasında sorğu keçirərək istehlakçıların elektrik avtomobillərinə (EV) marağı, brend qavrayışları və bağlantılı texnologiyanın mənimsənilməsi ilə yanaşı avtomobil sektoruna təsir edən müxtəlif zəruri məsələlərlə bağlı rəylərini öyrəndik. 2024-cü il üzrə Qlobal Avtomobil İstehlakçı Araşdırmamızda gələcəkdə şirkətlərin öz biznes strategiyalarını və investisiyalarını prioritetləşdirməyə və daha yaxşı planlamağa yardımçı olan mühüm məlumatlar təqdim olunur.
Bu ilki araşdırmada 4 əsas tendensiya ortaya çıxdı:
Bu inkişaf etməkdə olan istehlakçı tendensiyaları haqqında ətraflı məlumat üçün tam hesabatı yükləyin.
Yüksək faiz dərəcələri və yüksək qiymətlər bəzi bazarlarda istehlakçıların elektrikli avtomobillərə marağının azalmasına səbəb ola bilər. Avtomobil istehsalçılarının qiymət endirimlərinə və onları daha əlçatan etmək üçün nəzərdə tutulmuş hökumət stimullarına baxmayaraq, qət olunan məsafə məhdudiyyəti bağlı narahatlıq, enerji doldurma vaxtı və enerji doldurma infrastrukturunun mövcudluğu daxil olmaqla, bir sıra digər problemlər hələ də qalmaqdadır.
İstehlakçıların Daxili Yanma Mühərrikləri (ICE) avtomobillərinə marağı bəzi bazarlarda yenidən artmaqdadır, belə ki, qiymətlərin münasib olmaması ilə bağlı narahatlıqlar gələcək qərarlara mühüm təsir göstərməkdə davam edir.
İnkişaf etmiş bazarlarda, o cümlədən Almaniya, Yaponiya və ABŞ-da, istehlakçılar üçün avtomobil markası seçiminə təsir edən amillər siyahısında qiymət birinci yerdədir; Çin və Cənubi Koreyada avtomobilin performansı, Hindistanda isə məhsulun keyfiyyəti istehlakçılar üçün ən önəmli faktorlardır.
Növbəti avtomobil markası seçimi ilə bağlı sorğuda iştirak edən istehlakçılar üçün ən vacib amil bazardan asılı olaraq ya qiymət, ya məhsulun keyfiyyəti, ya da performansdır.
Şəbəkəyə bağlantılı nəqliyyat vasitələrinə marağı olan istifadəçilər arasında texniki xidmət, yol/hərəkət təhlükəsizliyi ilə bağlı yeniləmələr təqdim etmək və daha təhlükəsiz marşrutlar üçün təkliflər vermək kimi xüsusiyyətlərə maraq nisbətən daha yüksəkdir. Bununla belə, inkişaf etmiş bazarlarda bağlantı texnologiyalarına görə əlavə pul vermək istəyi nisbətən aşağı səviyyədə olaraq qalır.
Hindistan, Çin və Cənub-Şərqi Asiya kimi inkişaf etməkdə olan bazarlarda sorğuya cəlb edilən istehlakçılar ABŞ, Yaponiya və Almaniya kimi inkişaf etmiş bazarlarda sorğu edilən istehlakçılarla müqayisədə bağlantılı avtomobil xidmətlərinə pul verməyə daha hazırdır.
Maliyyə imkanları ilə bağlı narahatlıq yaradan qeyri-müəyyən iqtisadi şəraitdə, gənc istehlakçıların əhəmiyyətli bir hissəsi bir sıra bazarlarda avtomobil sahibi olmaqdan imtina edərək, abunə modelinə keçməkdə maraqlıdır, lakin avtomobillərin əlçatanlığı, ümumi sahiblik xərcləri və yüksək aylıq ödənişlərə dair narahatlıqlar hələ də mövcuddur.
18-34 yaş respondentlər arasında avtomobil sahibliyindən imtina edərək avtomobilə abunə olmağa istehlakçı marağı (faizlə çox/bir qədər maraqlı):
Avtomobil sənayesini idarə edən ən böyük istehlak tendensiyaları haqqında daha ətraflı məlumat əldə etmək üçün qeydiyyatdan keçin.