This site uses cookies to provide you with a more responsive and personalised service. By using this site you agree to our use of cookies. Please read our cookie notice for more information on the cookies we use and how to delete or block them

Nişan elektron poçt Bu səhifəni çap et

Vergi və hüquq xidmətləri

Müştərilərimizin vergi və hüquq sahəsindəki yeniliklərə hazırlanması

Biz müştərilərimizin vergi və hüquq sahəsində qüvvədə olan qanunvericiliyin tələblərini yerinə yetirməsinə, vergi öhdəliklərini minimuma endirməsinə, o cümlədən, dövlət təşkilatları ilə mümkün hüquqi mübahisələri səmərəli şəkildə tənzimləməsinə yardımçı olan bütün növ vergi və hüquq xidmətlərini təklif edirik. Yerli və beynəlxalq vergi və hüquq xidmətlərimiz biznes strategiyanızı və məqsədinizi nəzərə almaqla Sizə mürəkkəb vergi və hüquq məsələlərinizi  həll etməyə yardımçı olacaq. Bir neçə MDB ölkəsində fəaliyyət göstərən şirkətlər üçün biz Rusiya, Azərbaycan, Belorusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ukrayna ofislərimiz arasında sıx əlaqələr yaratmışıq. Bu bizə həmin ölkələrin hər birinin qanunvericiliyindəki dəyişiklikləri tövsiyələrimizdə nəzərə almaq və biznesinizin inkişafı üçün yaranan əlverişli imkanlardan yararlanmaq imkanı verir. Biz şirkətinizə mənfəətini artırmaqda və maliyyə vəziyyətini uzun müddətə stabil saxlamaqda kömək edə bilərik.

Vergi və Hüquq departamentinin rəhbəri/Partnyoru Nuran Kərimovdur.