Şirkətin fəaliyyət vektorunun getdikcə daha güclü şəkildə beynəlxalq bazara yönəldiyi şəraitdə, bir çox şirkətlər üçün investorların etibarını möhkəmlətmək mühüm əhəmiyyət kəsb edir. Deloitte-da belə bir inanc vardır ki, əminlik təkcə uyğunluğun yoxlanması məqsədini daşıyan xidmətlərimizlə və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi ilə məhdudlaşmır. Biz yerli şirkətlərin maliyyə hesabatlarının auditini yerli qanunvericilik və Beynəlxalq Standartlara əsasında aparmaqla yanaşı, onlara bizneslə bağlı məqsədlərinə nail olmaqda və risklərin idarə edilməsinin gücləndirməkdə eləcə də bizneslərinin şəffaflığının artırmaqda yardımçı oluruq. Müştərilərin təqdim etdiyi maliyyə məlumatına inamı artırmağa, eləcə də şirkətinizin həqiqi dəyərini tanımaqda səhmdarlara yardımçı olan bütün növ xidmətləri həyata keçiririk.
Partnyor/Ofisin rəhbəri Nuran Kərimov, Audit Departamentinin rəhbəri/Partnyoru isə Elnur Qurbanovdur.