Azərbaycanda sürətlə inkişaf edən iqtisadi şəraitdə, maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlər bazardakı çoxsaylı dəyişikliklərə davam gətirməlidir. Bizim mütəxəssislərimiz Sizə standart məhsul əqdim etmir, onlar maliyyə təşkilatlarının regiondakı məqsədlərinə nail olmaq üçün nəyə ehtiyac duyduqlarını anlayır və Sizin gündəlik problemlərinizlə bağlı praktiki həllər təmin edəcək.
Deloitte maliyyə sektoruna xidmət göstərmək üzrə lider kimi tanınmışdır. Bu sahədə fəaliyyət göstərən şirkətlər bizim MDB ölkələrindəki müştərilərimizin 30%-ni təşkil edir. Biz mərkəzi banklara və digər tənzimləyici qurumlara, kommersiya banklarına, broker şirkətlərinə, investisiya fondlarına, depozit banklara, fond birjalarına və sığorta şirkətlərinə xidmət göstəririk.
Bu sahədəki geniş iş təcrübəmiz müxtəlif audit və konsaltinq metodologiyalarının inkişafına gətirib çıxarmışdır ki, bu da şirkətinizə əməliyyatlarının səmərəsini artırmaqda, korporativ idarəetməni təkmilləşdirməkdə və informasiya texnologiyalarını tətbiq etməkdə yardımçı ola bilər.