Dünya iqtisadiyyatında sürətli dəyişikliklərin getməsi köklü dəyişikliklərə məruz qalan sənaye sahələri qarşısında mühüm vəzifələr qoyur. İqtisadiyyatın yenidən qurulması, dövlət tənzimləməsinin zəifləməsi, bazarın liberallaşdırılması, rəqabət və ətraf mühitin mühafizəsi problemləri resurslar sektorunda mühüm dəyişikliklərə təkan verir. Qlobal miqyasda rəqabətə cavab vermək və Azərbaycandakı müəssisələr yeni bazar şəraitinə uyğunlaşmaq üçün tələb olunan maliyyə və təşkilatı strukturlarını cəld adaptasiya edirlər.
Deloitte bu sektorda fəaliyyət göstərən müəssisələrə məsləhətin verilməsi sahəsində liderdir. Bizim cari biznes məsələləri və sabahkı tələblərlə bağlı vahid anlayışımız vardır və bununla biz iqtisadi sahələr üzrə təcrübəmizi müştərilərimizə yönəltmiş oluruq. Bizim peşəkarlarımız neft və qaz, dağ-mədən sənayesi, enerji və metallurgiya sahələrində təcrübələrini və həll yollarını təklif edirlər.