This site uses cookies to provide you with a more responsive and personalised service. By using this site you agree to our use of cookies. Please read our cookie notice for more information on the cookies we use and how to delete or block them

Nişan elektron poçt Bu səhifəni çap et

Hüquq

Hüquq məsələləri

Bununla Deloitte & Touche MMC aşağıdakı şərtlərə riayət etməklə Sizə sənədi nəzərdən keçirməyə, surətini çıxarmağa, çap etməyə və paylamağa icazə verir:

  • Sənəddən yalnız məlumat məqsədləri üçün istifadə olunduqda.
  • Sənəddən yalnız qeyri-kommersiya məqsədləri üçün istifadə olunduqda.

Sənədin hər hansı surətində və ya müəyyən hissəsində müəlliflik hüququ haqqında qeyd olduqda.
Deloitte Touche Tohmatsunun və ya onun yerli şirkətlərinin və ya digər maraqlı tərəflərin sahib olduğu və istifadəsinə hazırkı sənəd ilə icazə verilməyən hər hansı proqram, publikasiya, dizayn, məhsul, proses, proqram təminatı, texnologiya, informasiya, nou-hau və ya bu sənəddə təsvir olunan ideya, əqli mülkiyyət hüquqları daxil olmaqla, digər hüquqların predmeti ola bilər.

Bu sənəddə müəyyən mövzu və ya mövzular üzrə ümumi, tam olmayan məlumat təqdim olunmuşdur. Müvafiq olaraq, bu sənəddə verilən məlumat mühasibat uçotu, vergi, hüquq, investisiya, konsaltinq və ya digər peşəkar məsləhətlər və ya xidmətlərin göstərilməsi məqsədilə təqdim olunmamışdır. Sizin şəxsi, maliyyə vəziyyətinizə və ya biznesinizə təsir edə biləcək hər hansı qərarın qəbul etməzdən və ya hərəkəti yerinə yetirməzdən əvvəl Siz peşəkar məsləhətçi ilə məsləhətləşməlisiniz.

Bu sənəd və orada təqdim edilən məlumat ilkin variantda verilmişdir və Deloitte & Touche MMC bu sənədin və ya orada verilən və ya nəzərdə tutulan məlumatın dəqiq olduğuna zəmanət vermir. Yuxarıda qeyd olunanları məhdudlaşdırmayaraq, Deloitte & Touche MMC sənəd və ya məlumatda səhvlərin olmayacağına və ya hər hansı keyfiyyət meyarına cavab verəcəyinə zəmanət vermir. Deloitte & Touche MMC satışa yararlılıq, hüquqi ad, xüsusi məqsədlərə uyğunluq, qaydaların pozulmaması, uyğunluq, təhlükəsizlik və dəqiqlik daxil olmaqla lakin bununla məhdudlaşmamaqla dəqiq və nəzərdə tutulan bütün zəmanətlərin verilməsinə imtina edir.

Bu sənədin və onun tərkibində olan məlumatın tərəfinizdən istifadəsi bütünlükdə sizin məsuliyyətinizdədir. Siz bu cür sənədin və ya orada təqdim olunan məlumatın istifadəsindən yaranan zərərə görə tam məsuliyyət daşıyırsınız. Nə Deloitte & Touche, nə də Deloitte Touche Tohmatsu və ya hər hansı yerli firmalarımız və ya törəmə müəssisələrimiz və ya şirkətin hər hansı partnyorları, rəhbərləri, səhmdarları və ya işçiləri, əgər varsa hər hansı faktiki zərərlərə, cərimə sanksiyalarının tətbiqi ilə əlaqədar dolayı xərclərə, eləcə də müqavilənin, əsasnamənin tələblərinin pozulması, delikt nəticəsində zərərə və bu sənəd və ya məlumatın istifadəsi ilə başqa cür bağlı olan (etinasızlıq daxil olmaqla lakin bununla məhdudlaşmamaqla) digər zərərlərə görə məsuliyyət daşıyacaq.

Əgər yuxarıda qeyd olunan müddəalardan hər hansı biri müəyyən səbəblərdən tam hüquqi qüvvəyə malik olmazsa, qalan müddəalar öz hüquqi qüvvəsini saxlayacaq. "Deloitte Touche Tohmatsu," "Deloitte & Touche," "Deloitte," "Touche," "Tohmatsu," Deloitte Touche Tohmatsu və Deloitte & Touche loqoları (istənilən formada istifadə olunan yuxarıdakı adlardan hər hansı biri), məhsulların adları və bütün səhifə başlıqları, sonluqları və simvollar ticarət nişanları və ya Deloitte Touche Tohmatsu və ya onun yerli firmalarının qeydiyyata alınmış ticarət nişanlarıdır. Qeyd olunan bütün digər məhsulların adları müvafiq sahibkarların ticarət nişanlarıdır.

Deloitte & Touche MMC-nin veb serverində yerləşən və digər təşkilatların informasiya resurslarına gətirib çıxaran bəzi linklərə nəzarət yoxdur. Deloitte & Touche MMC həmin resurslarda yerləşdirilən məlumatın düzgünlüyünə və ya hər hansı digər aspektlərinə görə zəmanətlər vermir.