Deloitte Touche Tohmatsu MDB bazarına ilk olaraq daxil olmuş peşəkar xidmətlər göstərən iri şirkətlərdən biridir.
Bakıda bizim ilk ofisimiz 2002-ci ildə açılmışdır. Hazırda Deloitte Azərbaycanda audit, konsaltinq, vergi və hüquq, konsaltinq və maliyyə məsləhəti kimi sahələrdə bütün növ xidmətlər göstərir.
Azərbaycanda fəaliyyət göstərdiyimiz dövr ərzində biz banklar və digər maliyyə təşkilatları, elektroenergetika sahəsində çalışan müəssisələr, hasilat və istehsal müəssisələri, kütləvi istehlak mallarının istehsalı və pərakəndə satışı ilə məşğul olan şirkətlər, telekommunikasiya şirkətləri və mehmanxana biznesi ilə məşğul olan şirkətlər üçün onlarla uğurlu layihələr həyata keçirmişik.
Dünya üzrə uğurlu iş təcrübəmiz ilə yanaşı yerli bazar haqqında biliklərimizin olması bizə müştərilərimizin tələblərini qarşılamaq üçün misilsiz təcrübəmizi təklif etmək imkanı verir. Yerli və müxtəlif ölkələrdən olan beynəlxalq mütəxəssislərin birgə çalışması bizə yerli şəraiti nəzər almaqla beynəlxalq standartlar əsasında keyfiyyətli xidmətlər göstərmək imkanı verir.