“Deloitte” ticarət nişanı altında dünya üzrə müstəqil şirkətlərdə çalışan on minlərlə peşəkar mütəxəssislər seçilmiş müştərilərinə audit, konsaltinq, maliyyə məsləhəti, riskin idarə edilməsi və vergi xidmətləri göstərmək üçün əməkdaşlıq edir. Bu Şirkətlər İsveçrə qanunvericiliyi altında yaradılmış Deloitte Touche Tohmatsunun (“DTT”) üzvləridir. Hər bir şirkət ayrıca coğrafi məkanda xidmətlər göstərir və həmin ölkənin və ya fəaliyyət göstərdiyi ölkələrin qanun və peşəkar qaydalarına riayət etməlidir. DTT üzv şirkətlərin fəaliyyətlərini əlaqələndirməyə yardımçı olur lakin özü müştərilərə xidmətlər göstərmir. DTT və ona üzv olan şirkətlər bir-birinin qarşısında öhdəliklərə malik olmayan ayrıca hüquqi şəxslərdir. DTT və ona üzv olan hər bir şirkət bir-birinin hərəkət və ya nöqsanlarına görə məsuliyyət daşımırlar. Hər bir üzv firma milli qaydalara, qanunlara, təcrübəyə və digər faktorlara uyğun olaraq müxtəlif şəkildə təşkil olunmuşdur və peşəkar xidmətlər ərazilərdəki nümayəndəliklər, törəmə müəssisələr və/ və ya digər müəssisələr tərəfindən göstərilə bilər.
Azərbaycanda Deloitte bütün növ audit və mühasibat uçotu, menecment konsaltinqi, maliyyə məsləhəti, vergi və hüquq xidmətləri göstərir. Şirkətin istedadlı və yüksək təlim keçmiş heyəti bu xidmət sahələrində və yerli bazarda dərin təcrübəyə malikdir və Şirkətimizin partnyorları, menecerləri, peşəkar heyəti müştərilərimizi beynəlxalq keyfiyyət standartlarına uyğun xidmətlə təmin edirlər. Layihə üzrə hansı səciyyəvi bacarıqların tələb olunmasından asılı olmayaraq, biz MDB ölkələrindən peşəkar ekspertlərimizin dəstəyinə, lazım olduqda, “Deloitte Touche Tohmatsu”nun peşəkarlarının dəstəyinə hər zaman güvənə bilərik.
Hesab edirik ki, peşəkar xidmətlər göstərən təşkilat olaraq şirkətimiz Azərbaycanın yerli bazar şəraitinə çox yaxşı uyğunlaşmışdır. Bizim məqsədimiz və strategiyamız Azərbaycanda ən qabaqcıl audit, mühasibat uçotu, vergi və hüquq, menecment konsaltinq şirkəti olmaqla yerli və beynəlxalq müştərilərimiz üçün audit, mühasibat uçotu, vergi və hüquq, menecment konsaltinq sahəsində bütün növ xidmətləri həyata keçirməkdən ibarətdir. Yerli və beynəlxalq mütəxəssislərimiz müştərilərə yüksək səviyyəli xidmətlər göstərmək məqsədilə layihələr zamanı bacarıqlarını düzgün tənzimləyərək vahid heyət kimi çalışırlar.
Əlavə məlumat üçün aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:
Nuran Kərimov
Partnyor/Ofisin və Vergi və Hüquq Departamentinin rəhbəri
Elnur Qurbanov
Audit Departamentinin rəhbəri/Partnyor