|
İnkişaf üçün yeni imkanlar axtarırsınız? İstedad və bacarıqlarınızla tanınmaq istəyirsiniz? Deloitte məzunlar üçün əvəzolunmaz imkanlar təklif edir. Biz məzunları yarım ştat və ya daimi işə qəbul edirik. Biz ali məktəbin iqtisad və maliyyə sahələri üzrə məzun və tələbələrinə karyeralarını başlamaq, artıq təcrübəsi olanlara isə karyeralarını uğurlu inkişaf etdirmək imkanı veririk. Biz yaxşı təhsilli, yüksək ixtisaslı mütəxəssisləri cəlb etməkdə maraqlıyıq, bu səbəbdən də işçilərin qəbuluna mühüm əhəmiyyət veririk. Hər bir departamentimiz namizədlərin seçilməsi ilə bağlı özünəməxsus metod işləyib hazırlamışdır ki, bu da ümumi biznesin inkişafına yardımçı ola bilən yüksək ixtisaslı peşəkarlardan ibarət heyət qurmaq imkanı verir. Namizədlərin seçilməsində əsas meyar seçiləcək işçinin təhsil, bacarıq və insani keyfiyyətlərinin vakansiyada tələb olunan göstəricilərə uyğun olmasıdır. Tərcümeyi-halınızı seçdiyiniz vəzifəni qeyd etməklə careers@deloitte.az ünvanına göndərə bilərsiniz.
|