Deloitte & Touche LLC   Deloitte & Touche LLC
 
 
 
Vergi və hüquq xidmətləri
Müştərilərimizin vergi və hüquq sahəsindəki yeniliklərə hazırlanması

Biz müştərilərimizin vergi və hüquq sahəsində qüvvədə olan qanunvericiliyin tələblərini yerinə yetirməsinə, vergi öhdəliklərini minimuma endirməsinə, o cümlədən, dövlət təşkilatları ilə mümkün hüquqi mübahisələri səmərəli şəkildə tənzimləməsinə yardımçı olan bütün növ vergi və hüquq xidmətlərini təklif edirik. Yerli və beynəlxalq vergi və hüquq xidmətlərimiz biznes strategiyanızı və məqsədinizi nəzərə almaqla Sizə mürəkkəb vergi və hüquq məsələlərinizi  həll etməyə yardımçı olacaq. Bir neçə MDB ölkəsində fəaliyyət göstərən şirkətlər üçün biz Rusiya, Azərbaycan, Belorusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ukrayna ofislərimiz arasında sıx əlaqələr yaratmışıq. Bu bizə həmin ölkələrin hər birinin qanunvericiliyindəki dəyişiklikləri tövsiyələrimizdə nəzərə almaq və biznesinizin inkişafı üçün yaranan əlverişli imkanlardan yararlanmaq imkanı verir. Biz şirkətinizə mənfəətini artırmaqda və maliyyə vəziyyətini uzun müddətə stabil saxlamaqda kömək edə bilərik.

Vergi və Hüquq departamentinin rəhbəri/Partnyoru Nuran Kərimovdur.

Bu mövzu haqqında əlavə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
 
 
 
     

© 2008 Deloitte Touche MMC.

Deloitte adı ayrı- ayrılıqda müstəqil və hüquqi şəxslərdən ibarət olan İsveçrə qanunvericiliyi əsasında yaradılmış Deloitte Touche Tohmatsu birliyinə aiddir. Deloitte Touche Tohmatsu və ona üzv şirkətlərin hüquqi strukturunun ətraflı təsviri üçün www.deloitte.com/about saytına baxın.

Bu vebsaytda istifadə olunduğu kimi məzmunundan asılı olaraq "Deloitte & Touche" şirkətinə  Deloitte & Touche LLP and Deloitte & Touche Regional Consulting Services Limited və aidiyyatı adlarla istinad edilir. Deloitte & Touche MDB Deloitte Touche Tohmatsunun üzv firmasıdır.

Deloitte RSS Feeds | Site Map