Deloitte & Touche LLC   Deloitte & Touche LLC
 
 
 
Şirkətin tarixi haqqında
Auditor peşəsi yarandığı gündən etibarən səriştə, ağıl və etibar tələb edən peşə olmuşdur

Deloitte Touche Tohmatsu MDB bazarına ilk olaraq daxil olmuş peşəkar xidmətlər göstərən iri şirkətlərdən biridir.
Bakıda bizim ilk ofisimiz 2002-ci ildə açılmışdır. Hazırda Deloitte Azərbaycanda auditkonsaltinqvergi və hüquq, konsaltinq və maliyyə məsləhəti kimi sahələrdə bütün növ xidmətlər göstərir.

Azərbaycanda fəaliyyət göstərdiyimiz dövr ərzində  biz banklar və digər maliyyə təşkilatları, elektroenergetika sahəsində çalışan müəssisələr, hasilat və istehsal müəssisələri, kütləvi istehlak mallarının istehsalı və pərakəndə satışı ilə məşğul olan şirkətlər, telekommunikasiya şirkətləri və mehmanxana biznesi ilə məşğul olan şirkətlər üçün onlarla uğurlu layihələr həyata keçirmişik. 

Dünya üzrə uğurlu iş təcrübəmiz ilə yanaşı yerli bazar haqqında biliklərimizin olması bizə müştərilərimizin tələblərini qarşılamaq üçün misilsiz təcrübəmizi təklif etmək imkanı verir. Yerli və müxtəlif ölkələrdən olan beynəlxalq mütəxəssislərin birgə çalışması  bizə yerli şəraiti nəzər almaqla beynəlxalq standartlar əsasında keyfiyyətli xidmətlər göstərmək imkanı verir.

Bu mövzu haqqında əlavə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
 
 
 
     

© 2008 Deloitte Touche MMC.

Deloitte adı ayrı- ayrılıqda müstəqil və hüquqi şəxslərdən ibarət olan İsveçrə qanunvericiliyi əsasında yaradılmış Deloitte Touche Tohmatsu birliyinə aiddir. Deloitte Touche Tohmatsu və ona üzv şirkətlərin hüquqi strukturunun ətraflı təsviri üçün www.deloitte.com/about saytına baxın.

Bu vebsaytda istifadə olunduğu kimi məzmunundan asılı olaraq "Deloitte & Touche" şirkətinə  Deloitte & Touche LLP and Deloitte & Touche Regional Consulting Services Limited və aidiyyatı adlarla istinad edilir. Deloitte & Touche MDB Deloitte Touche Tohmatsunun üzv firmasıdır.

Deloitte RSS Feeds | Site Map