Deloitte & Touche LLC   Deloitte & Touche LLC
 
 
 
Şirkət haqqında

“Deloitte” ticarət nişanı altında dünya üzrə müstəqil şirkətlərdə çalışan on minlərlə peşəkar mütəxəssislər seçilmiş müştərilərinə auditkonsaltinqmaliyyə məsləhətiriskin idarə edilməsi və vergi xidmətləri göstərmək üçün əməkdaşlıq edir. Bu Şirkətlər İsveçrə qanunvericiliyi altında yaradılmış Deloitte Touche Tohmatsunun (“DTT”) üzvləridir. Hər bir şirkət ayrıca coğrafi məkanda xidmətlər göstərir və həmin ölkənin və ya fəaliyyət göstərdiyi ölkələrin qanun və peşəkar qaydalarına riayət etməlidir.  DTT üzv şirkətlərin fəaliyyətlərini əlaqələndirməyə yardımçı olur lakin özü müştərilərə xidmətlər göstərmir. DTT və  ona üzv olan şirkətlər bir-birinin qarşısında öhdəliklərə malik olmayan ayrıca hüquqi şəxslərdir. DTT və ona üzv olan hər bir şirkət bir-birinin hərəkət və ya nöqsanlarına görə məsuliyyət daşımırlar. Hər bir üzv firma milli qaydalara, qanunlara, təcrübəyə və digər faktorlara uyğun olaraq müxtəlif şəkildə təşkil olunmuşdur və peşəkar xidmətlər ərazilərdəki nümayəndəliklər, törəmə müəssisələr və/ və ya digər müəssisələr tərəfindən göstərilə bilər.

Azərbaycanda Deloitte bütün növ audit və mühasibat uçotu, menecment konsaltinqi, maliyyə məsləhəti, vergi və hüquq xidmətləri göstərir. Şirkətin istedadlı və yüksək təlim keçmiş heyəti bu xidmət sahələrində və yerli bazarda dərin təcrübəyə malikdir və Şirkətimizin partnyorları, menecerləri, peşəkar heyəti müştərilərimizi beynəlxalq keyfiyyət standartlarına uyğun xidmətlə təmin edirlər. Layihə üzrə hansı səciyyəvi bacarıqların tələb olunmasından asılı olmayaraq, biz MDB ölkələrindən peşəkar ekspertlərimizin dəstəyinə, lazım olduqda, “Deloitte Touche Tohmatsu”nun peşəkarlarının dəstəyinə hər zaman güvənə bilərik.

Hesab edirik ki, peşəkar xidmətlər göstərən təşkilat olaraq şirkətimiz Azərbaycanın yerli bazar şəraitinə çox yaxşı uyğunlaşmışdır. Bizim məqsədimiz və strategiyamız Azərbaycanda ən qabaqcıl audit, mühasibat uçotu, vergi və hüquq, menecment konsaltinq şirkəti olmaqla yerli və beynəlxalq müştərilərimiz üçün audit, mühasibat uçotu, vergi və hüquq, menecment konsaltinq sahəsində bütün növ xidmətləri  həyata keçirməkdən ibarətdir. Yerli və beynəlxalq mütəxəssislərimiz müştərilərə yüksək səviyyəli xidmətlər göstərmək məqsədilə layihələr zamanı bacarıqlarını düzgün tənzimləyərək vahid heyət kimi çalışırlar.

Əlavə məlumat üçün aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Nəsir Əli 
Partnyor/Ofisin rəhbəri, Azərbaycan
 
Elnur Qurbanov
Audit Departamentinin rəhbəri/Partnyor

Nuran Kərimov
Vergi və Hüquq Departamentinin rəhbəri/Partnyor

Bu mövzu haqqında əlavə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
 
 
 
     

© 2008 Deloitte Touche MMC.

Deloitte adı ayrı- ayrılıqda müstəqil və hüquqi şəxslərdən ibarət olan İsveçrə qanunvericiliyi əsasında yaradılmış Deloitte Touche Tohmatsu birliyinə aiddir. Deloitte Touche Tohmatsu və ona üzv şirkətlərin hüquqi strukturunun ətraflı təsviri üçün www.deloitte.com/about saytına baxın.

Bu vebsaytda istifadə olunduğu kimi məzmunundan asılı olaraq "Deloitte & Touche" şirkətinə  Deloitte & Touche LLP and Deloitte & Touche Regional Consulting Services Limited və aidiyyatı adlarla istinad edilir. Deloitte & Touche MDB Deloitte Touche Tohmatsunun üzv firmasıdır.

Deloitte RSS Feeds | Site Map