Deloitte & Touche LLC   Deloitte & Touche LLC
 
Məlumatın məxfiliyi

15 yanvar 2004-cü il tarixdən qüvvəyə minmişdir.

Giriş

Məxfilik haqqında bu qaydalar Deloitte & Touche MMC-yə və bu saytda toplanmış ziyarətçilər haqqında məlumata nəzarət edən və onu istifadə edən hər hansı törəmə müəssisələrinə aiddir. İstifadəçi kimi qeydiyyatdan keçmək və şəxsi məlumatınızı bizə təqdim etmək istədiyiniz halda, siz bu məlumatdan məxfilik haqqında qaydalara uyğun olaraq istifadə etməyə razılıq vermiş olursunuz. Nəzərinizə çatdırırıq ki, bu saytda digər saytlara o cümlədən, Deloitte Touche Tohmatsunun digər üzv firmalarının və törəmə müəssisələrinin saytlarına linklər vardır ki, onlar da məxfilik haqqında qayda ilə tənzimlənir. Əgər Sizin bu məxfilik qaydaları ilə bağlı suallarınız vardırsa və ya sizə narahat edən məsələlərin orada əhatə olunmadığını düşünürsüzsə, xahiş edirik Əks əlaqə linkini istifadə etməklə suallarınızı Vebmaster Xidmətlərinə göndərə bilərsiniz.

İnformasiyanın toplanması
Ziyarətçi kimi siz hər hansı şəxsi məlumatı təqdim etmədən veb-səhifəmizdən istifadə edə bilərsiniz. Bu saytda ziyarətçilər tərəfindən yalnız xüsusi olaraq və könüllü şəkildə verilmiş məlumatlar toplanır.  Bu cür məlumata aşağıdakılarla məhdudlaşmamaq şərtilə adınız, tutduğunuz vəzifə, şirkətin ünvanı, elektron poçt ünvanınız, telefon və faks nömrələriniz daxil ola bilər. Bir qayda olaraq biz saytımızın ziyarәtçilәrindәn məsələn,  irq və etnik mənsubiyyət, dini inanclar, məhkumluğu, fiziki və ya psixi sağlamlığı və ya seksual oriyentasiyası kimi həssas məlumatı soruşmuruq. Bu cür məlumatın əldə olunmasına ehtiyac yarandıqda, biz belə məlumatın toplanması və istifadəsi üçün ziyarətçilərdən razılıq alırıq.

Kuki faylları və veb-bekon texnologiyaları
Veb səhifəmizin effektiv şəkildə idarə edilməsini və sayt daxilində naviqasiya sisteminin təkmilləşdirilməsini təmin etmək məqsədilə biz və ya bizə xidmət göstərən şirkət(lər) ümumi məlumatın toplanması üçün kuki (istifadəçinin baxış proqramının yaddaşında qalmış kiçik mətn faylları) və ya veb bekon (Veb sayta müəyyən səhifəyə və ya kukilərə daxil olan istifadəçiləri saymaq imkanı verən elektron təsvirlər) texnologiyalarından istifadə edə bilərik. Biz sistemlərimizdəki məlumatın izlənilməsi və domen, baxış proqramının növü və nəzərdən keçirilən səhifələrin müəyyən edilməsi üçün bu texnologiyaları  istifadə edə bilərik.

Bu məlumat Veb-masterə ötürüləcək ki, o da öz növbəsində bu məlumatdan saytın müxtəlif hissələrinə daxil olan istifadəçilərin sayını təhlil etmək üçün istifadə edəcək. Bu bizə Veb səhifəmizdə təqdim olunan məlumatın səmərəliliyini və effektivliyini təmin etmək imkanı verəcək. Nə kuki faylları, nə də veb-bekon texnologiyaları məsələn, adınız və elektron poçt ünvanınız kimi şəxsi məlumatı toplamır. Bundan əlavə, baxış proqramlarının əksəriyyəti fiziki şəxslərə kuki fayllarını söndürmək seçimi verir. Kuki texnologiyaları və onların söndürülməsi haqqında daha ətraflı məlumat üçün xahiş edirik bu düyməni sıxın. Lakin bəzi hallarda, ziyarətçilərin baxış proqramları kuki fayllarını qəbul etmədikdə, onlara veb-səhifəmizin bəzi hissələrinə daxil olmaq hüquqları verilməyə  bilər.

Məlumatdan istifadə
Şəxsi məlumatdan yalnız məhdud şəkildə istifadə edilir. Məsələn, Saytın xüsusi resurslarına daxil olmaq və ya Deloitte-un müəyyən publikasiyaları və marketinq kampaniyaları kimi Sizi maraqlandıran suallar barədə məlumat almaq məqsədilə sorğu forması doldurmaq üçün veb-sayta qeydiyyata alındığınız zaman biz gələcək sorğularınızı əhatə etmək üçün tərəfinizdən şəxsi profilin yaradılması məqsədilə təqdim olunan məlumatı istifadə edə bilərik.

Həmçinin biz həmin məlumatdan Sizin sayt üzrə təcrübənizi optimallaşdırmaq üçün istifadə edə bilərik. Siz Deloitte tərəfindən təşkil olunan hər hansı tədbirdə iştirak üçün onlayn rejimdə qeydiyyatı seçdiyiniz halda Sizə elektron poçtla cavab vermək üçün təqdim etdiyiniz məlumatdan istifadə edəcəyik. Bundan əlavə, vebmasterlər ehtiyac olduqda sizin məlumatınızdan saytla bağlı müxtəlif tapşırıqlar yerinə yetirilməsi üçün istifadə edə bilər.

Biz marketinq fəaliyyətlərimizin müvafiq qanunvericiliyə uyğun olmasını təmin edəcəyik və Deloitte-un xidmət təklifləri barədə məlumatdan ibarət elektron məktubu göndərməzdən əvvəl razılığınızı almaq üçün lazımi prosedur yerinə yetirәcәyik. Siz istənilən vaxt bu cür materialların sizə göndərilməsini dayandıra bilərsiniz.

Məlumatın üçüncü tərəflərə açıqlanması
Bizim adımızdan məlumatı istifadə edən xidmət təchizatçılarını saytımızın ziyarətçiləri haqqında məlumatla təmin etməyimizə baxmayaraq, biz məlumatın toplanması zamanı açıqlanması nəzərdə tutulan hallar istisna olmaqla, bir qayda olaraq üçüncü tərəflərə və ya Deloitte-un digər firmalarına məlumatı ikinci dərəcəli və ya əlaqəli olmayan məqsədlər üçün bölüşmürük.  Şəxsi məlumat Deloitte Touche Tohmatsu qlobal şirkəti vasitəsilə və ya üçüncü tərəflər vasitəsilə yuxarıda qeyd olunan məqsədlər üçün digər ölkələrə ötürülə bilər. Belə məlumat Sizin yaşadığınız ölkədə məlumatın təhlükəsizliyi ilə bağlı qüvvədə olan analoji qaydaların mövcud olmadığı ölkələrə ötürülə bilər.  Veb səhifəmizdə təqdim olunmaq üçün Deloitte & Touch MMC-yə informasiya verməklə  Siz bu cür məlumatın ötürülməsinə razılıq vermiş olursunuz. Lazım olduqda şəxsi məlumat hüquq mühafizə orqanlarına, tənzimləyici və dövlət orqanlarına və ya üçüncü şəxslərə qanunvericiliyin və tənzimləyici orqanların tələblərini təmin etmək zərurəti və ya istəyi olduqda və ya yuxarıda qeyd olunan məqsədlər üçün açıqlana bilər.

İnfomasiyaya çıxış
Biz saytın ziyarətçilərini qeydiyyat zamanı Veb saytımızda saxlanılan şəxsi məlumata çıxışla və orada ola biləcək qeyri-dəqiq məlumata düzəliş etmək imkanları ilə təmin edirik.  Qeydiyyatdan keçmiş ziyarətçilər özlərinin istifadəçi profillərinə daxil ola, oradakı məlumata düzəliş edə və onu yeniləşdirə və tərəfimizdən göndərilən materiallarla bağlı abunəni istənilən vaxt dayandıra bilərlər.  İstifadəçi profillərinə daxil olmaq və ya şəxsi məlumatın surətini almaq istəyən ziyarətçilər Əks əlaqə linkini istifadə etməklə vebmasterlə əlaqə saxlaya bilərlər. Bütün hallarda biz məlumata daxilolma və ya düzəlişlərlə bağlı sorğulara tətbiq olunan müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq baxacağıq.

İnformasiya təhlükəsizliyi
Biz saytımızın ziyarətçiləri tərəfindən təqdim olunan məlumatın zərərə, səhv istifadəyə, düzəliş və ləğvolmaya qarşı qorumaq üçün texnoloji və əməliyyat təhlükəsizliyi haqqında kommersiya standartlarına əsaslanırıq.

Məxfiliklə bağlı qaydalara düzəlişlər
Deloitte & Touche MMC məxfilik haqqında qaydalara istənilən vaxt və istənilən səbəbdən düzəliş etmək hüququnu özündə saxlayır. Burada edilən bəyanatlardan heç biri  Deloitte & Touche MDB ilə veb saytın hər hansı ziyarətçisi arasında razılaşma və ya sövdələşmə deyil və bu kimi nəzərdə tutulmur və ya hər hansı müəyyənedici informasiyanı özündə əks etdirmir.

Uşaqlarla bağlı məxfilik
Deloitte & Touche MMC dünya üzrə interaktiv mühitdə uşaqların məxfiliyinin qorunması vacibliyini anlayır. Məxfilik haqqında bu qaydaların tətbiq olunduğu hazırkı veb-sayt  13 yaşından kiçik və məqsədli auditoriyaya aid olmayan şəxslər üçün nəzərdə tutulmamışdır. Qaydalarımızda 13 yaşa qədərki şəxslər üçün məlumatın toplanması və ya saxlanması nəzərdə tutulmur.

Veb-sayt ziyarətçilərinin sualları
Vebsayta daxil olduğunuz zaman tərəfinizdən təqdim olunan məlumatın təhlükəsizliyi ilə bağlı hər hansı sual və ya iradlarınız vardırsa, bu barədə Vebmaster Xidmətlərinə Əks əlaqə vasitəsilə elektron məktub göndərə bilərsiniz.

Həmçinin əldə edilməsi mümkündür: İngilis dili | Rus dili
         
     

© 2008 Deloitte Touche MMC.

Deloitte adı ayrı- ayrılıqda müstəqil və hüquqi şəxslərdən ibarət olan İsveçrə qanunvericiliyi əsasında yaradılmış Deloitte Touche Tohmatsu birliyinə aiddir. Deloitte Touche Tohmatsu və ona üzv şirkətlərin hüquqi strukturunun ətraflı təsviri üçün www.deloitte.com/about saytına baxın.

Bu vebsaytda istifadə olunduğu kimi məzmunundan asılı olaraq "Deloitte & Touche" şirkətinə  Deloitte & Touche LLP and Deloitte & Touche Regional Consulting Services Limited və aidiyyatı adlarla istinad edilir. Deloitte & Touche MDB Deloitte Touche Tohmatsunun üzv firmasıdır.

Deloitte RSS Feeds | Site Map