 Sizə unikal imkanlar verilir.Bu imkanları qaçırmayın!Biz Sizə Audit, Vergi və Hüquq, Konsaltinq və Maliyyə məsləhəti xidmətləri sahəsində beynəlxalq karyera qurmaq imkanları təklif edirik. Bizim korporativ mədəniyyətimiz qarşılıqlı hörmət, açıq ünsiyyət və davamlı təlimə əsaslanır. Keyfiyyət, entuziazm və əməkdaşlarımızın səyləri – bizim hazırkı və gələcək uğurlarımızın bünövrəsini təşkil edir. Siz hər zaman yeni bilik mənbələri əldə etmək üçün imkanlar axtarırsınız? «Deloitte» böyük məmnuniyyətlə Xəzər Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (“ADİU”) tələbələri üçün 10 təhsil qrantını elan edir. Bu proqram məqsədyönlü insanlara Deloitte şirkətinin baş mütəxəssisləri və rəhbərliyi ilə görüşmək və ünsiyyətdə olmaq imkanları yaradır. Məqsədimiz – tələbələrin bu proqramdan faydalanmasına yardımçı olmaqdır. Bu proqramda iştirak etmək üçün, Deloitte şirkəti tərəfindən təqdim olunan Qrant Proqramı haqqında aşağıdakı təlimatlarla tanış olmaqla bu proqramın necə işləməsi və iştirak üçün qeydiyyat formasının təqdim etmə qaydaları haqqında məlumat əldə edə bilərsiniz. Proqram üçün uyğun iştirakçısınız? İngilis və Azərbaycan dilləri – orta səviyyədən yuxarı Təhsil müddəti – sonuncu il tələbəsi (qrant sonuncu tədris ilinin tələbələrinə təqdim olunacaqdır) İxtisas – maliyyə/mühasibat uçotu, vergi və hüquq və s. (“Deloitte” şirkəti tərəfindən təqdim olunan xidmət sahələrinə uyğun ixtisaslar) GPA – Xəzər Universitetinin tələbələri üçün 85 bal və yuxarı; ADİU-nun tələbələri üçün 90 bal və yuxarı. Əgər Siz yuxarıda qeyd olunan bütün tələblərə uyğunsunuzsa, Siz bu proqramda iştirak üçün qeydiyyat forması təqdim edə bilərsiniz. Onlayn qeydiyyatı üçün yalnız aşağıda əlavə edilən forma doldurularaq careers@deloitte.az elektron ünvanına göndərilməlidir. Qeydiyyatın formasının bu üsulla təqdim edilməsi ən optimal seçimdir, belə ki bu halda Sizin elektron qeydiyyat formanız birbaşa olaraq bu proqramla məşğul olan işçilərimizin diqqətinə təqdim olunur. Proqramda iştirakla əlaqədar tez və cəld qeydiyyata alınmaq üçün Siz yalnız bir neçə suala cavab verməlisiniz və bununla iş yerinə yetirilmiş olur. Qeydiyyat formalarının təqdim edilməsi və proqram iştirakçılarının seçilməsi şirkətlə və tələbələrin iştirak etdiyi birgə prosesdir. Uyğun namizədlər müəyyən etdiyimiz tələblər və menecerlərimizlə müsahibələr əsasında seçiləcək. Pul mükafatı və sertifikat Qrantın təqdimetmə mərasimində təqdim olunacaqdır. Bundan əlavə biz Sizə, şirkәtimizdә intern vəzifəsini təqdim etməklə gələcəkdə bacarıqlarınızı inkişaf etdirmək imkanları yaradacağıq. Biz Sizə universitet tələbəsi statusundan biznes üzrə peşəkar statusuna keçid almağa yardımçı olacağıq. Biz şirkətimizdə təcrübə keçən intern işçilərə sənədlərin surətinin çıxarılması və arxa ofisdə iş deyil, real müştərilərlə işləmək imkanları təqdim edirik. Siz öz təcrübənizdə Deloitte ilə karyera qurmağın nə olduğunu görəcəksiniz və şirkətimizdə tam ştatlı işçi kimi çalışmağın Sizə nələr vəd etdiyini hiss edəcəksiniz. Müddətlər: Onlayn qeydiyyatın açılma tarixi – 18 fevral Onlayn qeydiyyatın bağlanma tarixi – 14 mart Namizədlərin seçilməsi – 21 mart tarixinədək Rəhbərliklə müsahibələr – 24 mart tarixindən 31 mart tarixinədək Universitetlərdə təqdimat, qaliblərin elan edilməsi – 7 aprel tarixindən 11 aprel tarixinədək Qrantın təqdimat mərasimi – 25 aprel Uğurlar!
|