Bildiririk ki, Azərbaycan Respublikası Milli Məclisinə 19 noyabr 2025-ci il tarixli «Azərbaycan Respublikasının Vergi Məcəlləsində («Məcəllə») dəyişiklik edilməsi haqqında» qanun layihəsi («Layihə») təqdim edilmişdir.
Vergi Məcəlləsinə nəzərdə tutulan növbəti dəyişikliklər Məcəlləyə yeni anlayışların daxil edilməsini, eləcə də bir sıra digər mühüm yenilikləri əhatə edir. Dəyişikliklərin əsas məqsədi sahibkarlıq fəaliyyətinin təşviqi, vergi yükünün optimallaşdırılması və kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində vergi nəzarəti mexanizmlərinin gücləndirilməsidir.
Mühüm yeniliklərdən biri neft-qaz sektorunda fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan fiziki şəxslər üçün gəlir vergisi üzrə mövcud azadolmaların ləğv edilməsi və yeni vergi dərəcələrinin tətbiq olunmasıdır.
Bu buraxılışda yuxarıda qeyd olunan dəyişikliklərlə yanaşı, ayrı-ayrı vergi növləri üzrə nəzərdə tutulan yeniliklər həm birbaşa, həm də müqayisəli formada diqqətinizə təqdim olunur.
Layihə ilə bağlı hər hansı sualınız yarandığı təqdirdə, zəhmət olmasa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Deloitte Azərbaycan Vergi və Hüquq komandası