Təfərrüatlar

Dayanıqlı inkişaf xidmətləri 

Fəaliyyətinizin dayanıqlı inkişafa doğru transformasiyası

Hazırkı işgüzar mühitdə və müəssisələrin maliyyə, sosial və ekoloji prioritetlər arasında düzgün tarazlığın saxlanılmasının ən mühüm amillərdən biri olduğunu təsdiq etməyə başladığı bir zamanda Deloitte-un düzgün planlaşdırılmış Dayanıqlı inkişaf strategiyası uzunmüddətli uğurların əldə edilməsi üçün çox əhəmiyyətlidir. Heyətimiz müştərilərə mühüm risklərin müəyyən edilməsindən başlayaraq strategiyanın hazırlanmasına qədər, iqlim dəyişikliyindən enerji optimallaşdırılmasına qədər, sosial-iqtisadi təsirin qiymətləndirliməsindən məsuliyyətli maliyyəyə qədər ən çətin problemlərin həlli ilə bağlı həllər təklif edir və qeyd olunan bu xidmətlərin göstərilməsi üçün dünya üzrə müvafiq sahələrdəki ekspertləri bir araya gətirir.

Xidmətlərimiz

 
 

Dayanıqlı İnkişaf üzrə Audit və Əminlik xidmətləri

Dayanıqlı inkişaf, istilik effekti yaradan qazların (İEYQ) atılması və qeyri-maliyyə məlumatının digər formalarına dair hesabatlar üzrə daxili və xarici əminliyin təmin edilməsi.

 

 

Dayanıqlı İnkişaf və İnteqrə olunmuş hesabatlılıq

Strateji məqsədlərə nail olmaq üçün inteqrə olunmuş düşüncə konsepsiyasının tətbiq edilməsi və inteqrə olunmuş hesabatlılıq vasitəsilə korporativ fəaliyyət haqqında məlumatlandırma.

 

Məqsəd və Strategiya

Dayanıqlı inkişaf məsələlərinin və onların təşkilatı məqsədlərlə, fəaliyyətlərlə və hesabatlılıqla əlaqələrinin müəyyən edilməsi və başa düşülməsi.

 

Sosial, iqtisadi və ekoloji təsirlərin qiymətləndirilməsi və sosial məsuliyyətli investisiyalar

Layihələrin, proqramların və siyasətlərin sosial/iqtisadi və ətraf mühitə təsirinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatı. Təsir göstəricilərinin investisiya qərarlarının verilməsinə inteqrasiyası.

 

 
 

Sağlamlıq və Təhlükəsizlik

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı proseslərin daha geniş əməliyyat risklərinin idarə edilməsi və dayanıqlı inkişafın təmin edilməsi proqramlarına inteqrasiyası.

 

Resursların effektivliyi və ətraf mühitin idarə edilməsi

Su, elektrik enerjisi kimi təbii resurslardan və tullantılardan istifadənin biznesə və ətraf mühitə təsirinin idarə olunması və bu proses nəticəsində əldə edilmiş analitik nəticələrin xərclərə qənaət, risklərin azaldılması və iqtisadi dəyər yaradılması üçün istifadəsi.

 

Karbon qazı tullantılarının planlaşdırılması və idarə edilməsi 

Karbon qazı tullantılarının ölçülməsinə yardımçı olmaq məqsədilə illik açıqlamaların hazırlanması və rəhbərliyə karbon qazı tullantılarının idarə edilməsində köməklik göstərilməsi.

 

Dayanıqlı təchizat zənciri

Təchizatçıların cəlb edilməsi və genişləndirilmiş istehsalçı strategiyası kimi müxtəlif məsələləri nəzərdən keçirmək, məhsulun mənşəyini və izlənilməsini   təmin etmək, beynəlxalq insan və əmək hüquqlarına əməl etməklə məhsulun həyat dövrlərinin və daxili əməliyyatların dəqiqləşdirilməsi, xammaldan müştəriyədək olan mərhələlər üzrə şəffaf təchizat zəncirini yaradılması.

 

 

Anonim Alıcı

Xidmətlərin göstərilməsi, satış heyətinin fəaliyyəti, məhsulun təqdim edilməsi və xidmətlərin təfərrüatları və s. barədə uyğun, obyektiv və faydalı yanaşmaların təmin edilməsi. 

 

Ətraf mühit, sosial məsələlər və korporativ idarəetmə (ESG) üzrə reytinqlər

İnvestorların tələblərinin yerinə yetirilməsi, dayanıqlı inkişaf reytinqləri ilə əlaqəli olan yeni maliyyə alətlərinə çıxışın təkmilləşdirilməsi məqsədilə ESG reytinq agentliklərinin tələblərini anlamaq və yerinə yetirmək, habelə bençmarkinq təhlilləri və ESG reytinq agentliklərinin metodologiyaları əsasında dayanıqlı inkişaf fəaliyyətinin təkmilləşdirilməsi üzrə əsas çatışmazlıqları müəyyən etmək üçün məsləhət xidmətlərinin göstərilməsi.

 

“Singularity University” proqramları

SU həyat səviyyəsinin saxlanılması və yüksəldilməsi, gələcək risklərin azaldılması kimi mühüm problemləri qabaqcıl texnologiyalar vasitəsilə həll edir. SU-nun proqramları və tədbirləri Sizi gələcəyə uğurla irəliləmək üçün müvafiq düşüncə tərzi, alətlər və resurslarla təmin edir. 

 

Deloitte Akademiyası

Deloitte Akademiyasının təlimləri müasir bir şirkət üçün "dayanıqlılıq" anlamının nə olduğunu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin nə olduğunu və şirkətin fəaliyyətinə və ayrı-ayrı şöbələrin əməliyyat işlərinə əlaqəliliyini anlamağa kömək etmək üçün xüsusi olaraq hazırlanmışdır. Təlimlərdə qeyri-maliyyə göstəriciləri üzrə hesabatların nəşr edilməsinə müxtəlif yanaşmalar, həmçinin məlumat toplamaq, təhlil etmək və maraqlı tərəflərə məlumat vermək üsulları da araşdırılır.

Did you find this useful?