green framing

Perspektivlər

Müəssisənizdə tətbiq edilən risklərin idarə olunması proqramı fayda verirmi?

Tredvey Komissiyasının Sponsor Təşkilatları Komitəsinin Müəssisələrdə Risklərinin İdarə (MRİ) olunması üzrə yenilənmiş proqramı strateji risklərin idarə olunması kimi üstünlüklərlə fərqlənir

Əvvəllər, MRİ əsasən dəyərlərin qorunmasına yönəlmişdir və risklərin cavablandırılması funksiyaları müəssisənin biznes hədəfləri və yaxud strategiyaları üçün təhlükə doğuran faktorların axtarıb tapılması ilə məhdudlaşırdı. Lakin getdikcə bu prosesə kənar faktorlardan qaynaqlanan təhlükələrin də aşkarlanması daxil olur və eyni zamanda biznes fəaliyyətində müşayiət olunan başlıca maneələrin qiymətləndirilməsi aparılır. Lakin MRİ-nin icrasında məlum risklərə və yaxud risklərin əks təsirinə daha çox diqqət yetirilən halda, risklərin müsbət təsiri nəzərə alınmamışdır, belə ki qərar vermə prosesinin vacib komponenti hesab olunan risklərin müəyyən edilməsi və qiymətləndirilməsi dünya təşkilatlarına dəyəri artırmaq və rəqabət imkanlarından istifadə etmək fürsəti qazandırır.

Tredvey Komissiyasının Sponsor Təşkilatları Komitəsi

Risklərə Yanaşma və Risklərin İdarə olunması modellərinin 21 –ci əsrin biznes reallığına maksimal dərəcədə cavab verməsi üçün transformasiya edilməsi risklərin fürsətlərlə  və yeniliklərlə inteqrasiya olunduğu daha dinamik mühitə keçid almaq deməkdir. Bu səbəbdən, bu günün biznes mühitində risk və strategiya arasında sıx əlaqənin qurulması zəruridir. (Daha çox COSO kimi tanınan) Tredvey Komissiyasının Sponsor Təşkilatları Komitəsinin səhifəsinə daxil olun  və onun 2016-cı ilin yay aylarında ictimaiyyətin diqqətinə çatdırdığı MRİ üzrə yenilənmiş proqramı ilə tanış olun.

Risklərin idarə olunmasına yeni yanaşma rəhbərlərə biznes hədəflərinə nail olmağa necə kömək edir?

Bir çox təşkilatlarda, risklərin idarə olunması funksiyası əhəmiyyətli, lakin köməkçi funksiya olmaqla, maliyyə, əməliyyat və kiber risklər kimi xüsusi təyin edilmiş riskləri əhatə edir və nadir hallarda əsas biznes fəaliyyəti ilə inteqrasiya edilir.  Bu proses inkişaf və innovasiya kimi əsas biznes tələblərindən ayrı tutulan  risklərin mənfi nəticələrinin azaldılması mədəniyyəti ilə nəticələnə bilər. 

Lakin düzgün görülmüş risk tədbirləri rəhbərlərin biznes prosesləri ilə ahəng təşkil edir. Biznes proseslərində strateji risklərin aşkarlanması və cavablandırılması biznes strategiyasının ayrılmaz hissəsidir.  Bu səviyyədə inteqrasiya müəssisənizə hədəflərə daha effektiv nail olmağa və MRİ proqramından daha çox faydalanmağa imkan verir.

MRİ-ni risklərə strateji yanaşma  ilə gücləndirməyin üstünlükləri var. Müəssisə  fəaliyyət göstərdiyi ümumi bazar haqqında məlumatlardan yararlana bilər. Belə məlumatlara baş verən pozuntular və onlara səciyyələnən risklər daxildir. Məsələn, müəssisənin bazara daxil olmaq və uğurla fəaliyyət göstərmək imkanına təsir göstərə biləcək hərəkətlər daha sistematik qaydada və daha dinamik yanaşma ilə həll oluna bilər. 

Tredvey Komissiyasının Sponsor Təşkilatları Komitəsinin (COSO) yenilənmiş MRİ proqramı hansı meyarlar üzərində qurulmuşdur?

COSO tərəfindən 2014  ildə dərc edilmiş MRİ proqramı ilə risklərin idarə olunması irəliyə əhəmiyyətli addım atmışdır. Proqram risk haqqında standart təfəkkürün formalaşması üçün zəmin yaratmışdır. Lakin onun  bir çox müəssisədə tətbiqi məlum risklərin təcrid edilməsi, mənfi təsirlərinin azaldılması və  idarə olunması üzərində mərkəzləşmişdir. 

Biznes fəaliyyəti üçün şərtlərin daha ağır, texnologiya yönümlü və qloballaşdığı  son 12 il ərzində, rəhbərlər, eləcə də biznesin inkişafı və risklərin idarə olunası üzrə mütəxəssislər aşağıda sadalanan amilləri müəyyən etmək, qiymətləndirmək və hazırlamaq üçün daha səriştəli olmalıdır:

• Müəssisənin strategiyasına təsir göstərə biləcək kənar faktorlar

• Strategiyanın əsaslandığı mühakimələrə təsir göstərə biləcək dəyişən şəraitlər. 

• Strategiyanın həyata keçilməsindən qaynaqlana biləcək risklər

Hal-hazırda risk sahəsində  çalışan bir çox mütəxəssislərin səyləri nəticəsində, Müəssisədə Risklərin İdarə olunması – Risklərin Strategiya və Fəaliyyət ilə əlaqələndirilməsi, adlı yenilənmiş proqram yay aylarında yekunlaşdırılmasından və nəşr edilməsindən əvvəl  ictimaiyyətin diqqətinə çatdırılmışdır. ​

Yuxarı keçid

Yenilənmiş proqram nələri ilə fərqlənir və şirkətlərə riskləri fərqli idarə etməkdə necə kömək edir?

COSO-nun təklif etdiyi MRİ proqramı rəhbərlərin şirkətin gələcəyi haqqında müzakirələrində    riskin əhəmiyyətini  artırır. Proqram həmçinin risk, strategiya və dəyər arasında bağlantı olduğunu vurğulayır. Yeni proqram risklərin sonda müəssisənin effektivliyinə təsir edəcək strateji qərarların verilməsində necə rol oynadığını qiymətləndirmək üçün yeni meyarlar  təqdim edir.

Bundan əlavə, risklərin rolu strategiyanın qurulmasında və icra olunmasında xüsusilə yer alır. Riski və fəaliyyəti qarşılaşdırmaqla, müəssisələr fürsətləri daha yaxşı  dəyərləndirməyə və gələcəyə daha əminliklə irəliləməyə hazır olur.

 

Müəssisənizdə riskin idarə olunmasını necə daha yaxşı qura bilərsiniz?

Risklər nəzərə alınmaqla məntiqli qərarların, xüsusilə də strategiya ilə əlaqədar   qərarların müəssisənin bütün səviyyələri üzrə alınması ilk vacib addımdır. Görüləcək ən vacib işlər bunlardan ibarətdir: 

• Daxili və kənar perspektivlər haqqında məlumat əldə edərək strateji risk yanaşmasını  MRİ proqramınıza daxil edilməsini təmin edin.  

• Riskləri strateji planlamada və strateji təşəbbüslərdə tətbiq edərək təşkilatı strukturlar arasında əlaqəni gücləndirin. 

• Rəhbər əməkdaşlar arasında risk haqqında söhbətlər aparın və onları  strateji və əsaslandırılmış qərarların verilməsi üçün təlimatlandırın.  

• Mövcud, yeni və meydana gələcək risklərə  mütəmadi qaydada nəzarət etməklə, risk əsasında qərarların  qəbul edilməsi yanaşmasını strategiyanın planlamasında və icrasında tətbiq edin.

• Müəssisədə mövcud olan riskləri müəyyən etmək, idarə etmək və nəzarət etmək üçün qrupların istifadə etdiyi uyğunlaşdırılmış şərtləri, yanaşmaları və alətləri cəlb edərək inteqrasiya edilmiş MRİ proqramının tətbiq olunmasını sürətlənirin. 

Risklərə  fərqli yanaşmaqla və onları daha yaxşı nəticələrin əldə edilməsi üçün bir vasitə kimi hesab etməklə müəssisə rəhbərləri aşağıdakı xüsusiyyətlərə malik inteqrasiya edilmiş MRİ qura bilər: 

• Şirkət strategiyasının davamlılığını artıran və strategiyanın həyata keçirilməsinin qarşısında duran maneələri aradan qaldırmağa kömək edən. 

• Proqnozlaşdırılmamış risklərə hazırlıqlı olan və onları cavablandırmaq üçün tədbirlər hazırlayan 

• Bütün biznes strukturlarına təsir edən yüksək əhəmiyyətli  strateji risklərdən şirkətin aşağı səviyyəsində idarə olunan əməliyyat risklərinə qədər risk spektrini əhatə edən. 

• Müxtəlif səviyyədə risklər haqqında məlumatları birləşdirən, resursların müəssisənin başlıca risklərinə ayrılmasını mümkün edən  

• Risklərin idarə olunmasını mövcud təşkilatı proseslərə tətbiq edən 

Müəssisə riskləri haqqında daha strateji anlayış əldə etmək istəyən hər bir şəxs üçün bu yeni  proqramla tanış olaraq ilk addımını ata bilər. Risklərin idarə edilməsində təcrübəsi olmayan bütün biznes rəhbərləri bu inteqrasiya olunmuş perspektiv konsepsiyadan yararlana bilər.

Did you find this useful?